AzTV-də xidmət edən polis intihar edib?
Yanvarın 8-də AzTV-də özünü xidməti silahla vuran polis Yasin İnqilabzadənin ölümü ilə bağlı bəzi detallar məlum olub. İlkin məlumatda polisin özünü ehtiyatsızlıqdan vurduğu deyilsə də, sonradan onun intihar etdiyi haqda iddialar yayılıb.
"Qafqazinfo" xəbər verir ki, polis kiçik serjantı Y.İnqilabzadənin şəxsi münasibətlərinə görə yaşadığı problemlə bağlı özünü vurduğu bildirilir. Lakin istintaq ilkin mərhələdə onun ehtiyatsızlıqdan canına qəsd etdiyi qənaətinə gəlib.
Rəsmi açıqlamada da onun intihar etmədiyi qeyd edilsə də, başından güllə xəsarəti alması intihar ehtimalını artıran nüans kimi qəbul edilib.
Yasin İnqilabzadə Daxili İşlər Nazirliyinin AzTV-də xidmət aparan mühafizə şöbəsinin əməkdaşı olub. Bu şöbənin rəisi, polis polkovnik-leytenantı Xəqani Cəfərov təxminən bir ay əvvəl işdən çıxarılaraq başqa vəzifəyə təyin edilmişdi.
Bu yaxınlarda isə onun yerinə polis polkovnik-leytenantı Xəlil Səfərov təyin edilib. X.Səfərov Şuşa şəhər icra başçısı Bayram Səfərovun oğludur. O, Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi, daha öncə isə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi olub.
Y.İnqilabzadənin ölümü ilə bağlı araşdırmalar aparılır.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2413 Tarix: 10 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr