2 yaşlı övladının oğurlanmasına görə saxlanılan ata efirdə nə demişdi?
Xəbər verdiyimiz kimi, Sabunçuda oğurlanan 2 yaşlı uşaqla bağlı açılan cinayət işi ilə əlaqədar bu gün azyaşlının atası Elgün Nəsirov da istintaqa cəlb edilib.
"Qafqazinfo" xəbər verir ki, bir neçə gün əvvəl ARB televiziyasının efirində yayımlanan "Səni axtarıram" verilişində qonaq olan uşağın atasının fikirləri sosial şəbəkələrdə müzakirə olunmuşdu. Belə ki, verilişdə atanın səsləndirdiyi ifadələr birmənalı qarşılanmayıb. Eyni zamanda, studiyada qonaq olan digər şəxslər tərəfindən ataya qarşı müxtəlif ittihamlar səsləndirilib. Bildirilib ki, Elgünün necə biri olduğunu Sabunçuda hamı tanıyır.
E. Nəsirov isə çıxışında qeyd edib ki, bu qadından hər dəfə soruşanda cürbəcür bəhanələr edirdi: "Mən qadından soruşanda dedi ki, tanımıram. Sonra mənə dedi ki, maşına kimi ötür. Daha sonra həmin qadın gedib qara paltarını dəyişib göy paltarda gəldi. Axşam tərəfi idi. Afətin bu məsələdə əli var. İstintaqa getmir, polislər onu güclə aparır".
Qeyd edək ki, azyaşlı yanvarın 8-də tapılaraq sığınacağa yerləşdirilib. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini Gültəkin Muradova ilə birlikdə onunla qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev saxlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1588 Tarix: 10 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabr