24 yaşlı gəlin qızıl və pulları götürüb evdən getdi – VİDEO

24 yaşlı gəlin qızıl və pulları götürüb evdən getdi – VİDEOŞəmkir rayonunda Musayevlər ailəsinə gəlin köçən 1998-ci il təvəllüdlü Gülbəsti Qurbanova 11 gündür ki, itkin düşüb. Hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.

APA xəbər verir ki, 24 yaşlı Güldəsti Qurbanova sonuncu dəfə Dekabrın 31-i bu qapıdan çıxıb və geri qayıtmayıb. Qayınanası Ceyran xanımın sözlərinə görə, gəlini evdən zaman özünə və həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və evdə olan pulu aparıb. Həmin gündən sonra ondan xəbər olmayıb. Qayınanasının sözlərinə görə, onların ailəsində heç bir problem olmayıb.

Təxminən 1 ildən artıqdır Mahir Musayevlə ailə həyatı quran Gülbəsti Qurbanovanın evdən getməsini ilk olaraq onun qaynanası Ceyran Musayeva bilib: "Ərini zorla göndərdi ki, get şəhid əmisi oğlunun qəbri üstünə. Sonra gülü sellofana qoyaraq mənə də dedi ki, bir az tez gedin, qəbirüstünə gec getmək olmaz. Bu zaman yoldaşım gəldi, çörək yedi və sonra getmək qərar verdik. Bir müddət sonra çağırdım mənə cavab vermədi. Yaxınlarının evindən - atası evi, bibisi, xalası evindən heç kim yerini bilmədi".

Ceyran Musayevanın sözlərinə görə, gəlini Gülbəsti Qurbanova artıq ikinci dəfədir evdən gedir. Üstəlik oğlu ilə heç bir ciddi problemləri olmayıb: "Heç vaxt ciddi söhbətləri, narazılıqları olmayıb. İl yarımdır gəlib, bir dəfə də olsun ona şiddət göstərilməyib. Mən özüm də ona heç vaxt irad tutmamışam. Çünki yeməyimizi bişirib, hər şeyi edib. Yaxşı dolanırdıq, bilmirəm niyə belə edib".

Mahir Musayev deyir ki, bu gün həyat yoldaşı Gülbəsti Qurbanova ona zəng edərək sağ olduğunu bildirib. Amma harada olduğunu deməyib. Məsələ ilə əlaqədar Gülbəsti Qurbanovanın ailəsinin də fikrini öyrənmək istəsək də, qarşı tərəfdən kimsə danışmaq istəmədi. Şifahi olaraq bildirdilər ki, hadisədən xəbərləri var və aidiyyəti orqanlara məlumat veriblər.

Artıq Daxili İşlər Nazirliyi qadının tapılması üçün axtarışlara başlayıb.

Qeyd edək ki, gənc ailənin evlilikdən övladları yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2643   Tarix: 10 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli Zəfər Günü münasibətilə paylaşım edib

Jurnalist və tanınmış bloqer Bikəxanım Məmmədli 8 Noyabr Zəfər Günü münasibətilə təbrik paylaşımı edib. xəbər verir ki, o, 44 günlük Vətən müharibəsində xalqımızın nümayiş etdirdiyi birliyi, qəhrəman gənclərimizin Şuşa qayalarını fəth edərək tarixi dəyişməsini xüsusi vurğulayıb:. "Zəfər günü bizi

8 noyabr
.

Dövlət rəsmiləri Zəfər parkında şəhidlərin xatirəsini anırlar - YENİLƏNİB+Foto/Video

8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Respublikası Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının kollektivi Zəfər parkını ziyarət edib. xəbər verir ki, ziyarətçilər parkdakı Zəfər abidəsinin önünə gül dəstələri düzüb, Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidləri

8 noyabr
.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Dövlət Bayrağı - Azərbaycanın milli kimliyinin, dövlətçilik ənənələrinin və milli birliyinin rəmzi

9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, dövlətçilik tarixini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən əlamətdar gündür. Bu tarix Azərbaycan xalqının milli özünüdərk prosesinin, müstəqil dövlət qurmaq iradəsinin və tarixi yaddaşının mühüm göstəricisidir

9 noyabr
.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb

"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini

8 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr