Tağıyevin heykəlinə qənim kəsilənlərin aqibəti necə olacaq? - VİDEO
Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinə açılışdan 24 saat keçməmiş zərər verilməsi sosial şəbəkələrdə söz-söhbətlərə səbəb oldu. Halbuki, bürüncdən hazırlanan abidənin uzun illər davamlılığı elə heykəltaraş tərəfindən də nəzərə alınmışdı. Nə biləydi ki, kimsə düşünmədən, qolunun zoru ilə belə utancverici hərəkətə yol verəcək.
Heykəlin müəllifi Xanlar Əhmədov demişkən, axı abidənin tərkibində gəlir gətirəcək hansısa material yoxdur ki, qırandan sonra aparıb satsınlar. Amma görünür, bu əliuzunluğun arxasında ya gizli məqamlar var, ya da kimlərsə Tağıyevin heykəli ilə bağlı söz-söhbətlərə bir az ürəkbulandırıcı məqamlar qatmaq istədi.
Amma bu planın sonu elə qırılan təsbeh kimi oldu. Artıq heykəli bu hala salanların kimliyi bəllidir.
Bəs bu cür tarix və mədəniyyət abidələrinə qarşı hörmətsizlik edənlərin aqibəti qanunla necə tənzimlənir?
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2129 Tarix: 19 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr