Hərbi forma geyinən bu şəxslər 500 manat cərimə olunacaqlar - VİDEO
Bəzi vətəndaşlar hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə edirlər. Bəs, hərbi geyimdən kimlər istifadə edə bilər?
Sonxeber.az xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisinin Hüquq İşləri Üzrə köməkçisi Şirin İsmayılov "Xəzər Xəbər"ə deyib ki, "Hərbi xidmətkeçmə haqqında" əsasnaməyə görə, yalnız hərbi xidmətdə 20 il və artıq qüsursuz xidmət etmiş və Silahlı Qüvvələr qarşısında xüsusi xidmətləri olan şəxslərə ehtiyata və ya istefaya buraxılarkən buraxılmanı rəsmiləşdirən rəislərin əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilə bilər.
Şirin İsmayılov onu da bildirdi ki, vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir. Belə halların qarşısını almaq üçün hərbi polis tərəfindən müvafiq işlər görülür..
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi və xüsusi geyim formalarını qanunsuz olaraq daşımağa görə, şəxsdən xüsusi geyim forması müsadirə edilməklə o, üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2300 Tarix: 20 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr