"20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizəsində yeni mərhələnin başlanğıcı oldu" - Emil Əkbərov

"20 Yanvar faciəsi xalqımızın müstəqillik uğrunda mübarizəsində yeni mərhələnin başlanğıcı oldu" - Emil Əkbərov"Artıq 32-ci ildir ki, xalqımız 1990-cı ilin Qanlı Yanvarının ildönümünü təkcə faciə kimi deyil, həm də qəhrəmanlıq tarixi kimi qeyd edir".

Bunu Sonxeber.az-a danışan "BİG Media" MMC-nin direktoru Emil Akbarov bildirib.

Emil Akbarov qeyd edib ki,1990-cı ildə, yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet Qoşun hissələrinin Bakı şəhərinə yeridilməsi nəticəsində Bakı şəhərində və Azərbaycanın rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub:

"Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları, həmçinin yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, eləcə də təcili yardım işçiləri var idi. Həmin gecə xalqın öz içində yetişdirdiyi qəhrəmanlar uzə çıxmaqla yanaşı, həm də ölkəyə rəhbərlik edənlərin kimliyi və əsl siması ortaya çıxdı. Müstəqilliyimiz uğrunda şəhid olan oğul və qızlarımız öz həyatlarını bugünkü və gələcək nəsillər naminə Vətənə və xalqa qurban verdilər. Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş İttifaq rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinin üzərinə Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Azərbaycanda olmasa belə, xalqımıza ilk dəstək Ulu Öndər Heydər Əliyevdən gəldi. Belə ki, Ümummilli lider Heydər Əliyev yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu vəhşiliyə rəhbərlik edənləri ifşa etdi və bu faciəyəyə səbəb olanları, xüsusilə də Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər Əliyevin bu addımı bir daha onun necə vətənpərvər və xalqını sevən dahi lider olduğunu sübut etmişdi".

Emil Əkbərov vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış ağır hərbi cinayət idi:

"20 Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsində yeni mərhələnin başlanğıcı oldu. Törədilən qətliama baxmayaraq, SSRİ rəhbərliyi xalqımızın azadlıq və müstəqillik arzusuna mane ola bilmədi. İmperiya asılılığında yaşamaq istəməyən xalqımız mübarizəsini davam etdirdi və çox keçmədən müstəqilliyinə nail oldu. 20 Yanvar faciəsi isə tariximizə həm ümumxalq faciə, həm də müstəqillik uğrunda xalqımızın apardığı mübarizənin zirvəsi kimi həkk olundu.

Təəssüf ki, bu qanlı faciənin baş verməsinə "sapı özümüzdən olan baltalar"ın da xüsusi rolu oldu. Xalqımıza qarşı açıq-aşkar yönəlmiş bu qanlı cinayətə qiymət yalnız Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra verildi.

1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. Bundan əlavə, Ulu öndər Heydər Əliyevin "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 29 mart 1994-cü il tarixində qəbul etdiyi qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi".

Emil Əkbərov söyləyib ki, Ümummilli lider tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilib:

"Hələ ötən əsrin 90-cı illərində Ulu Öndərin müvafiq fərmanına əsasən, "20 Yanvar şəhidi" fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılıb.

Bu gün isə Ulu Öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilib və bu gün də dövlət tərəfindən həmin ailələrin sosial durumunun yaxşılaşdırılması istiqamətində addımlar davam etdirilir.

Azərbaycan xalqına qarşı yönəlmiş qanlı gecədən 32 il keçsə də, hər il yanvarın 20-də şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik.

Allah şəhidlərimizə rəhmət eləsin. Vətənin azadlığı və müstəqilliyi uğrunda canlarını düşünmədən qurban verən şəhidlərin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1186   Tarix: 20 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Üçrəngli bayraq - milli dövlətçilik iradəsinin, suverenliyin və tarixi Zəfərin təcəssümü

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə birləşdirən ən müqəddəs rəmzlərdən biridir. Noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü yalnız milli atributa ehtiramın ifadəsi deyil, həm də Azərbaycanı

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub - Video

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda bayram atəşfəşanlığı təşkil olunub. xəbər verir ki, atəşfəşanlıq Dənizkənarı Bulvarda, Saat qülləsinin yaxınlığında baş tutub. Sözügedən görüntüləri təqdim edirik:

8 noyabr
.

Naxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə

8 noyabr
.

Türkiyədə tarixi qüllə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Türkiyənin Bursa şəhərinin Osmanqazi rayonunda, tarixi Tophane Parkında yerləşən Saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. xəbər verir ki, işıqlandırma Azərbaycanda qeyd olunan 8 Noyabr - Zəfər Günü münasibətilə təşkil edilib. Həmin görüntüləri təqdim edirik:

8 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Milli birliyin, dövlətçilik iradəsinin və tarixi Qələbənin təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində ən möhtəşəm səhifələrdən biri, milli qürurun, sarsılmaz iradənin və tarixi ədalətin təntənəsidir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Zəfər Günü münasibətilə Xankəndi şəhərindən Azərbayca

9 noyabr