COVID-19 xəstəsi ilə təmasdan sonra nə etməli? - Həkim məsləhəti
"Rusiyada hər gün koronavirusa yoluxma hallarının sayı artır. Eyni zamanda, bəzi xəstələr ciddi xəstəliklər yaşamadıqları üçün vəziyyətlərindən xəbərsizdirlər. COVID-19-a yoluxma hallarının artması kontekstində heç kim yoluxmuş şəxslə görüşməkdən sığortalanmayıb".
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, bunu "Sputnik" radiosuna müsahibəsində rusiyalı həkim-terapevt Aleksey Xuxrev koronavirus daşıyıcısı ilə təmasda olanlara xitabən bildirib.
Mütəxəssis bildirib ki, COVID-19-un simptomlarının yumşaq olması, hətta koronavirus daşıyıcısında simptomların olmaması onun digər insanlar üçün təhlükə yaratdığını inkar etmir:
"Yaxınlarda COVID-19-a yoluxmuş biri ilə təmasda olduğunuzu düşünürsünüzsə, ehtiyat tədbirləri görmək daha yaxşıdır. Xüsusilə burnu yumaq, C və D vitaminləri qəbul etmək xəstəliyin inkişaf riskini azalda bilər. Bəzi həkimlər deyirlər ki, "interferon alfa" (kəskin respirator virus infeksiyalarının qarşısının alınması üçün vasitə) buruna yeridilə bilər və bu, koronavirus infeksiyasının inkişaf ehtimalını azaldacaq. Bəlkə bu kömək edər, amma bu ehtimalı təsdiqləyən dəqiq məlumat hələ yoxdur. İnanıram ki, hər halda C vitamini və D vitamini içməyin zərəri olmayacaq. Burnunuzu da yaxalaya bilərsiniz".
Onun sözlərinə görə, məsələn, son vaxtlar həmsöhbətinizdə soyuqdəymə əlamətləri varsa, belə tədbirlərin görülməsi məqsədəuyğun olar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1700 Tarix: 20 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrAzərbaycana payız gəldi
Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi
23 sentyabrSosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı
Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd
22 sentyabrSabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il
23 sentyabr