"Omicron" ştammını müəyyən etmək üçün xüsusi test lazımdır? - İnfeksionistdən AÇIQLAMA
Son dövrlər pandemiya şiddətli hal almağa başlayıb. İnsanlar artıq xəstəliklərinə nə diaqnoz qoyulacağını müəyyən edə bilmirlər. Qripp, yoxsa koronavirusun hansısa ştammına yoluxduqlarını anlamaqda çətinlik çəkirlər.
Azərbaycanda da artıq aşkarlanan "Omicron" ştammı əhali arasında yayılmağa başlayıb. İnsanları isə bir sual maraqlandırır. "Omicron" ştammını adi PZR testi ilə müəyyən etmək mümkündür, yoxsa xüsusi test lazımdır?
Mövzuyla bağlı Sonxeber.az infeksionist Nicat Əzimlidən açıqlama alıb.
O bildirib ki, spesifik gen zənciri testi ilə variantların müəyyən edilməsi mümkündür:
""Omicron"un PZR testindən yayınma xüsusiyyətinin olduğu qeyd olunur. Lakin son günlərdə verilən testlərin əksəriyyətinin xəstəlik halını aşkarladığını müşahidə edirik. Adi, koronavirus üçün indiyə qədər istifadə olunmuş PZR testləri əksər hallarda "Omicron"u da aşkarlaya bilir.
Xəstəliyin "Omicron" və ya digər variant olub-olmadığını təyin etmək üçün gen zənciri testi olunmalıdır. Lakin bu, bütün xəstələrdə tətbiq olunmur, skrininq metodu ilə edilir".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1757 Tarix: 20 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pensiyalar bu tarixdə ödəniləcək
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl
9 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabr