Başçısız qalan rayonlar – SİYAHI
Yanvar ayının 19-da Prezident İlham Əliyev Abşeronun icra başçısı İradə Gülməmmədovanın vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Ölkə başçısının digər sərəncamı ilə paytaxtın Nərimanov rayonunun icra başçısı Abdin Fərzəliyev vəzifəsindən azad edilərək Abşerona yeni başçı təyin olunub.
Hələlik Nərimanov rayonuna icra başçısı təyin edilməyib.
Məlumat üçün bildirək ki, Abdin Fərzəliyev 2005-ci ilin dekabr ayında bu rayona rəhbər gətirilmişdi. O,uzun illərdən sonra fəaliyyətini digər rayonda - Abşeronda davam etdirəcək.
Hazırda Bakının Nərimanov rayonu ilə birlikdə 6 rayonun icra başçısı postu boş qalır.
Sonxeber.az Modern.az-a istinadən həmin rayonların siyahısını təqdim edir:
Nizami rayonu
Nərimanov kimi, Bakının Nizami rayonuna da icra başçısı təyin edilməyib. Sabiq başçısı Arif Qasımov Prezident İlham Əliyevin 22 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə rayona başçı gətirilmişdi. O, 11 iyul 2020-ci ildə həmin vəzifədən azad edilib.
Gədəbəy
Gədəbəyin də icra başçısı postu boşdur. 2018-ci ildən rayonu idarə edən İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Ötən ildən bəri Gədəbəyə başçı təyinatı həyata keçirilməyib.
Göygöl
Sabiq icra başçısı Arif Seyidovun 14 illik rəhbərliyindən sonra Göygöl başsız qalan rayonlar sırasındadır. Belə ki, 2006-ci ilin fevralın 23-də başçı təyin olunan Arif Seyidov Prezidentin sərəncamı ilə 22 may 2020-ci ildə vəzifəsindən azad edilib. Hələlik bu rayona təyinat gerçəkləşdirilməyib.
Kürdəmir
2020-ci il avqustun 19-da Baş Prokurorluğun keçirdiyi əməliyyat nəticəsində Kürdəmirin icra başçısı Ceyhun Cəfərov saxlanılıb. Həbs edilən icra başçısı avqustun 20-də vəzifəsindən azad edilib. Məlum olaydan sonra Kürdəmirin icra başçısı postu hələlik boş qalır.
Lerik
Başçısız qalan rayonlardan biri də Lerikdir. Ölkə başçısının 2 aprel 2007-ci il tarixli Sərəncamı ilə bu rayona icra başçısı gətirilən Rövşən Bağırov ötən il aprelin 29-da vəzifədən çıxarılıb və Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. R. Bağırovun əvəzinə təyinat aparılmayıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı