"KVN-çilərimiz Şuşa adını dəyişməkdənsə, o festivala tüpürüb, çıxmalıydı" - deputatdan SƏRT TƏNQİD(VİDEO)
Xəbər verdiyimiz kimi Rusiyanın Soçi şəhərində keçirilən ŞHK (Şən və Hazırcavablar Klubu) komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən komanda ermənilərin etirazından sonra Şuşa adını "Buta" ilə əvəzləyib.
Məsələ ilə bağlı Manset.az-a açıqlama verən Milli Məclisin deputatı Aqil Abbas ölkəmizi təmsil edən komandanın belə addım atmasını sərt tənqid edib:
"Şuşa adının dəyişdirilməsinə münasibətim çox pisdir. O festivala tüpürüb, çıxıb gəlməliydilər. Vəssalam, bunun ayrı yolu yox idi. O, ad uğrunda neçə qəhrəman oğullarımız şəhid olub, neçəsi sağlamlığını itirib. Müşfiq Abbasov açıqlamasında Ruben Jaqinyan adlı şəxsin onlara tədbirin təşkilatçılarının komandanın adını dəyişdirməyi təklif etdiyini bildirdi. İstəyir Jugen olsun, ya Qurgen, fərqi yoxdur. Onların Şuşa adını dəyişdirməyə nə ixtiyarı var? Gözləməzdim Müşfiqdən!"
Qeyd edək ki, komandanın rəhbəri Müşfiq Abbasov Baku.tv-yə müsahibəsində bildirib ki, onların ikinci tura keçmələri üçün Şuşa adının dəyişdirilməsini tələb edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4441 Tarix: 23 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrNaxçıvanda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunmuş konsert proqramı və atəşfəşanlıq təşkil edilib. "Report"un yerli bürosu xəbər verir ki, Heydər Əliyev Muzeyinin qarşısında keçirilə
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr