Qızların təhsili, xeyriyyəçilik... - Tarix belə insanları heç zaman unutmur

Qızların təhsili, xeyriyyəçilik... - Tarix belə insanları heç zaman unutmur"Azərbaycan tarixində özünəməxsus yeri olan tarixi şəxsiyyətlərdən biri də Hacı Zeynalabdin Tağıyevdir. O, Azərbaycan xalqının yaddaşında həm də böyük xeyriyyəçi insan kimi qalıb. Həmin dövrdə imkanlı insanlar az deyildi. Ancaq onlar arasında xalqın yaddaşında məhz Zeynalabdin Tağıyev qaldı".

Sonxeber.az xəbər verir ki, bu sözləri Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, onun Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir:

"Bakıya suyun, tramvay xəttinin çəkilməsi, Qızlar məktəbinin açılması, "Qurani-Kərim"in nəşri, məscidlərin tikilməsi kimi bir çox xeyriyyə işləri sırf onun adı ilə bağlıdır. Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətində xüsusi önəm verdiyi sahələrdən biri də təhsildir. O qazandığı pulun bir hissəsini davamlı olaraq Azərbaycan xalqının savadlanmasına, maariflənməsinə həsr edib. Onun ən böyük xidmətlərindən biri də çoxlu sayda gəncləri təhsil almaq üçün xaricə göndərməsi olub. Sonradan həmin şəxslər Azərbaycan tarixində, ictimai fikrində mühüm rol oynadılar.

Prezident İlham Əliyev onun heykəlinin açılışındakı çıxışında bir mühüm məqama da toxundu. Qeyd etdi ki, Azərbaycanın tanınmış ictimai siyasi xadimi Əziz Əliyevin təhsilində Zeynalabdin Tağıyevin böyük rolu olub. Əziz Əliyev Zeynalabdin Tağıyevin təhsilinə dəstək olduğu yüzlərlə azərbaycanlılardan biridir.

Tağıyevin Azərbaycan təhsili tarixində böyük xidmətlərindən biri Bakıda Qızlar məktəbinin açılmasıdır. O vaxt həmin məktəbin açılması çox ciddi etirazla qarşılanmışdı. Bəzi mövhumat və xurafat tərəfdarları çox ciddi etiraz edirdilər. Buna baxmayaraq, Hacı Zeynalabdin Tağıyev həmin məktəbin yaranmasına öz töhfəsini verdi və o dövrdən başlayaraq Azərbaycan qızları aktiv təhsil prosesinə qoşuldular.

Bu gün Hacı Zeynalabdin Tağıyevin xatirələrdə qalmasının əsas səbəblərindən biri, ölkə başçısının qeyd etdiyi kimi, onun xeyriyyəçilik fəaliyyətidir. Bu fəaliyyətin böyük hissəsi bizə məlumdur. Ancaq onun xeyriyyəçilik fəaliyyəti bununla məhdudlaşmır. Atdığı hər bir addım Azərbaycanın mədəni inkişafına, milli ənənələrinin möhkəmlənməsinə, xalqın maariflənməsinə ciddi töhfələr verib.

İnanıram ki, bu gün Azərbaycanın imkanlı insanları Hacı Zeynalabdin Tağıyevin əsasını qoyduğu xeyriyyəçilik ənənələrini daha da inkişaf etdirəcəklər. Hazırda bu işləri Heydər Əliyev Fondu və az sayda iş adamları davam etdirir. Ancaq xeyriyyəçilik fəaliyyətinin dairəsinin daha da genişlənməsinə ciddi ehtiyac var. Ümid edirik ki, cənab Prezidentin bu barədə çıxışından sonra imkanlı insanlarımız öz fəaliyyətlərində xeyriyyəçiliyə daha geniş yer verəcək, təhsilimizin və elmimizin inkişafına töhfələrini əsirgəməyəcklər.

Tarixdə, xalqın yaddaşında hər zaman belə insanlar qalır".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1509   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar

9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü

9 noyabr
.

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Zəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video

Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ

8 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Üçrəngli bayrağımız - müstəqilliyimizin və milli qürurumuzun simvolu - KÖŞƏ YAZISI

Bayraq sadəcə bir dövlətin rəmzi deyil. O, bir xalqın tarixini, milli kimliyini, azadlıq arzusunu və gələcəyə olan inamını özündə birləşdirir. Azərbaycan bayrağı da xalqımızın keçdiyi çətin və şərəfli yolun, müstəqillik uğrunda mübarizəsinin ən böyük simvollarından biridir. Hər il noyabrın 9-da qey

8 noyabr
.

Şuşadan dünyaya ünvanlanan mesajlar: İlham Əliyev və Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinin gələcək hədəflərini açıqladılar

Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana səfəri və Şuşada Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatları iki dövlət arasındakı münasibətlərin strateji mahiyyətini, regional siyasətdəki rolunu və gələcək əməkdaşlığın əsas istiqamətlərini bir daha gündəmə gətirdi. Şuşadan verilən mesajlar göstərd

9 noyabr
.

Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi

8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının milli qürurunun, dövlətçilik iradəsinin, sarsılmaz birliyinin və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar gün münasibətilə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2026-cı il noyabrın 8-də Xankəndi şəhərindən Azərbaycan xalqına ünvanladığı müraciə

9 noyabr