Uşaqları xəstəlikdən necə qoruyaq? - Tanınmış pediatrdan MƏSLƏHƏTLƏR
Mövsümlə əlaqədar olaraq ən çox ünvanlanan suallardan biri də uşaqları xəstəliklərdən necə qorumaqla bağlıdır.
Tanınmış uşaq pediatr-neonatoloqu Altay Abdullaoğlu deyir ki, ümumiyyətlə xəstəliklərdən qorunmaq xəstəliyi müalicə etməkdən daha asandır.
"Qışda hava, damcı yolu ilə keçən xəstəliklər artmaqdadır. Bu o deməkdir ki, biz xəstələndiyimizdə öskürməklə, asqırmaqla çox sayda viruslar havaya yayılır. Bu havanı evdəki digər insanlar qəbul etdiyi zaman xəstəliyə yoluxma riski artır. Ona görə də xəstə adamı izolə etmək lazımdır. Ayrı otağa keçməli, qapısı bağlı olmalı, otağın havası tez-tez dəyişdirilməlidir. Digər ailə üzvlərindən maksimum təmas saxlanılmalıdır".
Həkimin sözlərinə görə, xəstəliklərdən qorunmaq üçün özəl bir dərmanlar yoxdur. Xəstəlik şübhəsi varsa uşaqlara çoxlu maye vermək lazımdır.
"Böyük uşaqdırsa vitamin C tərkibli meyvələr, tərəvəzlər vermək, bol maye qəbul edilməsi tövsiyə olunur. Burun axıntısı varsa spreylər, burun üçün damcılar istifadə oluna bilər. Bütün bunlara əməl olunsa körpələri və azyaşlı uşaqları xəstəliklərdən qorumaq olar"./metbuat.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1829 Tarix: 24 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr