15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO

15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO"15 yaşımda ərə verməsəydilər, bəlkə də təhsil alardım. Qarşıma daha düzgün insanlar çıxardı. İndi övladlarıma baxmaq üçün də bu qədər əziyyət çəkməzdim. İnsan ailəsinin sözündən çıxa bilmir, onlardan gələn ziyanı da vaxtında görə bilmir".

Bu sözləri oxu.az-ın əməkdaşı ilə söhbəti zamanı həyat yoldaşı tərəfindən şiddətə məruz qalan qadınlardan biri 1989-cu il təvəllüdlü Ləman Abdullayeva (Ad, soyad şərtidir) deyib. O deyir ki, ailədə bir bacı, bir qardaş olublar. Əslində mehriban, sakit ailədə böyüyüb. Hər şey atasının dostu onu görüb oğluna almaq istəyəndən sonra başladı.

"Mənim o zaman 15 yaşım var idi"

Ləman deyir ki, atasının Rusiyada yaşayan dostlarından biri onlara qonaq gələn zaman onu görüb:

"Uşaq vaxtlarımdan evimizdə bu söhbətlər gedirdi. Deyirdilər ki, qızınızı oğlumuza alacağıq. Mən 15 yaşıma çatanda atamın dostu oğlu ilə rayona gəlmişdi. Oğlan bizim evimizin yanındakı evdə usta işləyirdi. Məni də o ərəfədə məktəbə gedib gələndə görüb, bəyənmişdi. O vaxt onun 26 yaşı var idi. Evlənmək üçün xanım axtarırdı. Atam da mənə dedi ki, yaxşı oğlandır, dostumun oğludur, namaz qılır, düzgün adamdı. Səni ona ərə verəcəyəm. Evin tək qızı olduğum üçün uzağa getməyimi istəmirdi atam. Onların da evi bizə yaxın idi. Oğlan özünü bizim ailəmizə o qədər mərifətli, qanacaqlı göstərmişdi ki, biz onu tanıya bilmədik. Ailə qurandan sonra hər şey dəyişdi. Elə bil ki, oğlan həmin adam deyildi".

Ləmanın yaşı az olduğu üçün övlad məsələsində problem yaşayıb, buna görə də qayınanası tərəfindən təzyiqlərə məruz qalıb.

"Toyun sabahı məni döydülər..."

Qadın deyir ki, onu ancaq tənqid edirdilər, təhqir edirdilər, sakitcə qulaq asırdı ki, yəqin belə olmalıdır:

"Qayınanam hər şeyi söz edirdi. Mən də cavab qaytarmırdım, düşünürdüm ki, təzəyəm, belə olmalıdır. Ailədə söz-söhbət düşməsinə heç bir səbəb olmurdu. Hər şeydən səbəb çıxarırdılar. Elə toyumuzun sabahı yoldaşım məni döydü. Stolun üstündə bir şey əskik olsun, bir şey əyri qoyulsun, onu da mübahisə üçün səbəb edirdilər. Yoldaşım 4-5 ay Rusiyada işləyirdi, sonra evə gəlirdi. 15 yaşımda hər işi mükəmməl görə bilməzdim, bir şeyi səhv edən kimi təhqir edirdi. Mənə deyirdi, səni almışıq, atan-anan da dolanışığımıza kömək etsin. 18 yaşıma qədər bir az səbir etdim. Nəhayət ilk övladım dünyaya gəldi. Düşündüm ki, övlad sahibi olduqdan sonra hər şey qaydasına düşər. Amma heç nə düzəlmədi".

Ləman deyir ki, çox sonra qayınatası onun bu qədər zülmə səbirlə yanaşmasına təəccüb etdiyi deyirdi.

"Yoldaşım 11 il müddətinə həbs edilmişdi"

Qəhrəmanımızın həyat yoldaşı Rusiyaya işləməyə gedir və oğurluq etdiyi üçün orada məhbus həyatı yaşayır:

"Rusiyada oğurluq üstündə saxlanılanda mənə zəng etdi. Dedi ki, məni həbs edirlər, sən məni gözləmə, həyatını qur, boşan məndən. 11 il iş kəsiblər, mən qayıdanda heç uşaqlarım məni tanımayacaq. Mən isə narahat olma, gözləyəcəyik səni dedim. Dəfələrlə zəng edib, acılayıb, amma mən getməmişəm. 11 il mən yoldaşım olmadan anasının yanında oturmuşam. Nəhayət anası mənə dedi ki, dur get atanın evinə. Mən də çıxdım gəldim atamgilə. O, həbsdə olanda onun təkidi ilə iki dəfə ərizə verdim boşanmaq üçün, amma boşanmaqdan imtina etdi. Zəng edib dedi ki, sənsiz qala bilmərəm, uşaqlarım olmadan yaşaya bilmərəm".

2020-ci ildə həbsxanadan çıxdıqdan sonra Ləmanı götürmək üçün qayınatasının evinə gəlib. Anasının yanında qalmayacaqlarını deyərək Ləmanı və uşaqları götürüb aparır:

"Uşaqları qarşısına qoyub qorxudurdu, mən deyəni etməsəniz sizi öldürərəm"

Ləman deyir ki, uşaqları atalarından qorxurdular:

"Mənə dedi ki, uşaqları mənə verəcəksən. Mən də dedim ki, uşaqlar səni istəmir. 11 il uşaqlara özüm tək baxmışam, görmək istəyirsənsə, gəl nə qədər istəyirsən gör. O isə əsəbiləşib pəncərəni sındırıb vurdu başıma. Başıma yeddi tikiş qoydular. Ağzım burnum qan içində qaldım ortada. Tez anamı səslədim ki, kömək etsinlər. Atam, qardaşım da səsə gəldi, bizi ayırdılar. Mən polisə zəng edib, şikayət etdim. Atam-anam qarşımı kəsdi ki, rayon yeridir, söz-söhbət olacaq. Camaat deyəcək 11 il həbsdə qalıb yenə həbsə göndərdilər, etmə. Məni uşaqlarla qorxudurdu ki, onları əlimdən alsın ki, mən də geri qayıdım".

Uzun müddət həyat yoldaşı nəinki Ləmana və uşaqlarına, eləcə də Ləmanın ailəsinə də ziyan vururdu. Hüquq-mühafizə orqanlarına şikayət verib sonra geri götürdüyü üçün artıq rayon yerində onları problemli ailə kimi görürdülər.

Ləman deyir ki, uşaqlarına atalıq etmək yerinə, məktəbə gedib taxta ilə uşaqlarını qovub, qorxudurdu:

"Mən son şikayətimi yoldaşımın anasına görə geri çəkdim. Bir övlad itirmiş ana idi. O biri övladı da 11 il həbs yatıb. Yalvardı ki, oğlumu yenidən həbsə atmasınlar, dözə bilmərəm. Səndən də, uşaqlardan da uzaq olacaq. Yazığım gəldi, şikayəti geri çəkdim. Amma heç nə vəd olunan kimi olmadı. Yenə bizə qarşı nalayiq sözlər deyib, alçaq hərəkətlər etməyə başladı.

Gördüm ki, rayonda qala bilmirəm, uşaqları da götürüb çıxdım rayondan. İki qızımı da götürüb uzaqlaşdım. Rəsmi olaraq boşanmışam, amma aliment kəsdirməmişəm. Mənə lazım olan tək şey odur ki, qızlarımı can rahatlığı ilə böyüdüm".

"Mənimlə evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq"

Ailəsini dağıdan məqamlardan biri də yoldaşının həyatında başqa qadının olduğunu deyən Ləman artıq baş verənlərlə barışdığını dedi:

"Bu qadın bizim qonşuluğumuzda qalırdı. Mən həyətimizə çıxanda fotolarımı çəkib atırdı yoldaşıma. Bir dəfə mən onunla dalaşdım. Dedim adam ailə dağıdan olmaz, səhv hərəkət edirsən. O qadının ata-anası bizim söhbətimizi eşitdi. Ailəsi gəlib onu döydü ki, sən camaatın ailə problemlərinə niyə qarışırsan?! O da ailəsinə deyib ki, guya mən yoldaşımdan əl çəkmirəm. Yoldaşım məndən boşanan kimi onu alacaq, uşaqlarını da qəbul edəcək. O xanım bir dəfə ailəli olub, ayrılmışdı. Həbsə düşməkdən qorxduğu üçün yoldaşım onlardan kömək istəmişdi. Sonra mən şikayətimi geri götürəndən sonra, o qadına deyib ki, daha səni alası olmadım. Ondan sonra aləm dəydi bir-birinə. O qadının ailəsi də getdi ondan şikayət etdi".

"Qızlarımın mənim taleyimi yaşamaması üçün əlimdən gələni edəcəyəm"

Ləman iki qızını böyütmək üçün çalışacağını deyir:

"Bu gün tək fikrim qızlarımdır. Şirniyyat bişirə bilirəm. Əl qabiliyyətim var. İş tapıb öz dolanışığımı təmin etmək istəyirəm. Qızlarımı oxudacağam. Yenidən ailə qurmaq istəmirəm. 11 il tək uşaq böyütmüşəmsə, bundan sonra da böyüdə bilərəm. Həm də iki qız övladıdır, onlara gözüm kimi baxıram. Mənə də, onlara da üçüncü bir insan lazım deyil. Bu gün mən başıma gələnlərə görə ailəmi qınayıram. Məni 15 yaşında ərə verməklə həyatımı məhv etdilər. Bir Allah bilir ki, nə zülm çəkmişəm. Qızlarımın mənim taleyimi yaşamaması üçün əlimdən gələni edəcəm. Onlar bu həyatda daha yaxşı insanlarla qarşılaşacaqlar. Mənim ailəm məni qoruya bilmədi, səhv qərar verdilər. Amma mən öz övladlarımı qoruyacam".
15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO15 yaşında ərə verilən qadın: "Evli ola-ola qonşuluqdakı qıza söz vermişdi ki, onu alacaq" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2111   Tarix: 24 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İstanbul metrosunda qatar relsdən çıxdı, sərnişinlər təxliyə olundu - VİDEO

Türkiyənin İstanbul şəhərində metro qatarı relsdən çıxıb. xəbər verir ki, bu barədə "A Haber" telekanalı məlumat yayı. Qeyd olunub ki, sərnişinlər tunel vasitəsilə təxliyə ediliblər, xəsarət alanlarla bağlı məlumat verilməyib. Qatar Kadıköy rayonundan Sabiha Gökçen hava limanı istiqamətind

19 iyun
.

Yanğın Nyu-Yorkda qədim kilsəni məhv etdi - VİDEO

Nyu-Yorkun (ABŞ) Bruklin rayonunda yerləşən Saut-Buşvik Reformist kilsəsi güclü yanğın nəticəsində tamamilə məhv olub. Hadisə zamanı binanın zəng qülləsi də çöküb, bir yanğınsöndürən yüngül xəsarət alıb. xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. Nyu-York Yanğınsöndürmə İdarəsində

20 iyun
.

KİV: ABŞ-nin dövlət katibi Yaxın Şərqə səfər edəcək

ABŞ-nin dövlət katibi Marko Rubio gələn həftə Yaxın Şərqin bir neçə ölkəsinə işgüzar səfər etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid şəxsi mənbələrinə əsaslanaraq məlumat yayıb. Jurnalist özünün "X" sosial şəbəkə hesabında qeyd edib:. "Mark

20 iyun
.

Şəkidə kəndi su basdı - Sakinlər köçürüləcək

Şin və Kiş çaylarına gələn güclü sel suları Şəkinin Qudula kəndində bir sıra fəsadlar yaradıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, aramsız yağışlar rayon ərazisindən axan dağ çaylarında suyun səviyyəsini bir neçə dəfə artırıb. Bu səbəbdən dağıdıcılığı ilə fərqlənən Şin və Kiş çaylarında da sel-sula

20 iyun
.

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçiriləcək. "Report"a istinadən xəbər verir ki, bu gün Azərbaycandan tranzit keçməklə ümumi çəkisi 490 ton olan 7 vaqon yüklü Rusiya mənşəli buğda Ermənistana yola salınacaq. Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistan

20 iyun
.

Dünən cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

İyunun 19-da ölkə ərazisində qeydə alınan 61, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Bu barədə -a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Ətraflı. Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 148, o cümlədən borclu şəxs qismində axtarışd

20 iyun
.

Culfada hərbçi dəm qazından öldü

Naxçıvanda hərbçi bədbəxt hadisə nəticəsində vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Culfa rayonunda baş verib. Rayon sakini 37 yaşlı Səməndər Tağıyev yaşadığı evdə dəm qazından boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb. Bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb

20 iyun
.

Həftəsonu yola çıxanların diqqətinə!

Həftəsonu ilə əlaqədar respublikanın avtomobil yollarında, xüsusilə paytaxt və bölgələr arasında, eləcə də turizm və istirahət məkanlarına aparan istiqamətlərdə nəqliyyat axınının artacağı gözlənilir. xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Qurum hərəkət intensivliyini

20 iyun
.

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır

Bu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik etməsin. Milli silahlı qüvvələri

20 iyun