Adını "Buta" kimi dəyişən KVN komandasını hansı cəza gözləyir?
Xəbər verdiyimiz kimi, Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında ("KiViN-2022") Azərbaycanı təmsil edən "Şuşa" komandası erməni əsilli rəhbərlərin təkidi ilə adını "Buta" olaraq dəyişib. İkinci turda istirak etmək üçün bu addımı atdıqlarını deyən komanda rəhbəri, ssenarist və prodüser Müşfiq Abbasov qeyd edib ki, hazırda komandanın adı ‘‘Şuşa’’dır. Bəs ölkəmizi təmsil edən komandanı adını dəyişdiyinə görə hər hansı bir cəza gözləyirmi?
Məsələ ilə bağlı deputat Razi Nurullayev Sonxeber.az-a öz münasibətini bildirib.
O vurğulayıb ki, torpaq, ləyaqət, müstəqillik əmlakla, pulla ölçülmür:
"Bəzən insan milyardından, adından-sanından imtina edir ki, ləyaqətini və şərəfini qorusun. Şuşa da, Qarabağ da bizim üçün ləyaqət, şərəf, namus məsələsidir. İstənilən halda, bir tədbirdə iştirak etmək üçün komandanın adının dəyişdirilməsi, məhz "Şuşa" adından imtina edilməsi qəbuledilməzdir. Əgər adın dəyişdirilməməsi iştirakı əngəlləyəcəkdisə, buna da getmək lazım idi. Amma "Şuşa" adından imtina etmək yox! Onların öz adını dəyişdirməsinə görə qanunda hər hansı bir cəza nəzərdə tutulmur. Onlar üçün ən böyük cəza ictimai qınaqdır".
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3895 Tarix: 24 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr