"İzzətimlə gedəcəkdim, şəkli ilə getmək qismət oldu" – Şəhid anası - VİDEO
Vətən müharibəsinin qəhrəman şəhidi İzzət Həmidovun anası Vəfa xanım oğlu ilə gerçəkləşdirrmək istədiyi arzusunu onsuz həyata keçirməli olub.
Sonxeber.az-ın məlumatına görə, şəhidin anası İranın Məşhəd şəhərində yerləşən İmam Rzanın qəbrini ziyarət etməyi arzulayıb.
Vəfa xanım yuxu gördükdən sonra ziyarətə getdiyini deyir.
"İzzətimlə gedəcəkdim, amma Ağamın ziyarətinə İzzətin şəkliylə getmək qismət oldu. Yuxumda məni çağırdı. Bura çatdığım gün Xanım Zəhranın mövlud günü oldu. Nə xoş halıma ki, Allah mənə nəsib etdi. İnşallah, arzum Kərbəla, Həcc ziyarətlərinə də getməkdir. Məşhəddə hazırda bunun üçün dua edirəm. İzim, ay İzim, mən hardayamsa, sən ordasan, bilirəm. Hansı ziyarətə gedirəmsə, Allahdan İzzətimi göstərməyini istəyirəm. Artıq dözə bilmirəm. Bu yola da o niyyətə çıxmışam. İzzətimi istəyirəm".
Ziyarət zamanı şəhid İzzətin və digər şəhidlərimizin adına mərsiyyələr səsləndirilib, dualar oxunub.
Qeyd edək ki, İzzət Həmidov 28 fevral 2000-ci ildə doğulub. 9 oktyabr 2020-ci il tarixində Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Həmin vaxt o, bir ilin əsgəri olub. Anası Vəfa xanım isə oğlunun xatirəsini layiqincə qoruyub saxlayır.

Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı