"Yayılan virusla bağlı ciddi tədbirlər görülməldir" - İnfeksionistdən AÇIQLAMA
Son günlər ölkədə yayılan virusun kəskin hal alması insanlarda narahatlıq doğurmağa davam edir. Qapanma, məhdudiyyətlər olmadığı təqdirdə sürətlə yayılan virusdan necə qorunmalıyıq? Belə ki, bu virus "COVİD-19" olmaqla yanaşı, həm də qripin ağır versiyasıdır.
Mövzuyla bağlı Sonxeber.az infeksionist Vüqar Cavadzadədən münasibət öyrənib.
O bildirib ki, ciddi tədbirlər görülməlidir:
"Biz deyirik ki, özümüzü, yaxınlarımızı, sevdiklərimizi qorumalıyıq. Əgər qapanmaya gedilməsə, tədbirlər sərtləşdirilməsə, o zaman özümüzü necə qoruyacağıq? Hava-damcı infeksiyalarından qorunmağın iki yolu var: spesifik və qeyri-spesifik.
Spesifik yol vaksinasiyadır. İnsanların əksəriyyəti vaksinasiya olunsa da, "Omikron" ştammına hətta iki dəfə peyvənd olunan şəxslər belə, yoluxur. Ümumiyyətlə, vaksin yoluxmanın qarşısını almaq üçün deyil, xəstəliyi yüngül keçirmək və ölüm hallarının qarşısını almaq üçündür.
Qeyri-spesifik qorunma yolu isə maska taxmaq, sosial məsafə gözləmək, insanların çox olduğu yerə getməməkdir. Bu tədbirlər aparılmasa, qoruna bilmərik".
Aysel SƏFƏRZADƏ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2063 Tarix: 24 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
9 noyabrAzərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrZəfərdən altı il sonra: Qarabağda hansı proseslər gedir? - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Zəfər Günündən altı il sonra Azərbaycanın qazandığı tarixi Qələbə və Böyük Qayıdış prosesi hansı mərhələdədir?. Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması və iqtisadi layihələ
8 noyabrŞuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib
8 noyabr