AMEA-da tualet qalmaqalı: Ramiz Mehdiyev məsələni xüsusi nəzarətə götürdü
"AMEA-nın Coğrafiya İnstitutuna məxsus otaqlarda su və sanitar qovşaq yoxdur".
Bunu AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov ŞAR-ın Bakı şəhər bölməsinin problemlərindən danışarkən deyib.
Onun sözlərinə görə, indiyədək Rəsədxananın həlli çox vacib olan infrastruktur problemi - onun Bakı şəhər bölməsinin (institutunun) bu vaxta qədər normal təşkil olunmamasıdır:
"Rəsədxana yaradıldığı vaxtdan (1959) onun Bakı şəhər bölməsi də təsis edilib və hazırda da mövcuddur. Lakin təəssüf ki, bölmənin stabil binası (iş yeri) heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər təşkilati problemlərlə üzləşib".
N.İsmayılov bildirib ki, hazırda Bakıda şəhər bölməsi kimi iş yerləri AMEA-nın əsas binasında (H.Cavid prospekti), qüllələrdən birində - Coğrafiya İnstitutuna məxsus olan, 10-11-ci mərtəbələrdə yerləşən, texniki məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda uyğunlaşdırılıb:
"Həmin otaqlarda normal iş şəraiti olmadığından (su və sanitar qovşağın olmaması, qış aylarında çox soyuq, yayda isə çox isti olması, hər otaqda 10-dan çox əməkdaşın yerləşməsi) elmi, elmi-təşkilati, təhsil və digər fəaliyyət üçün şərait yoxdur".
Professor vurğulayıb ki, ayrı-ayrı vaxtlarda AMEA rəhbərliyinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb:
"Son vaxtlar problemin həll edilməsi üçün AMEA prezidenti, akademik Ramiz Mehdiyevə də müraciət edilib. Ramiz müəllim bu məsələnin nə qədər vacib olduğunu düzgün dəyərləndirərək onun həlli istiqamətində xüsusi göstəriş verib. Çox ümid edirik ki, onun göstərişi ilə bu məsələ nəhayət ki, yaxın vaxtlarda öz həllini tapacaq"./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1664 Tarix: 28 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Vahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni yanaşma məktəb mühitinə nə vəd edir?
Məktəbli forması uzun illərdir təhsil mühitinin mühüm elementlərindən biri kimi qəbul olunur. Forma yalnız şagirdin geyimi deyil, eyni zamanda məktəb mədəniyyətinin, nizam-intizamın, bərabərlik prinsipinin və təhsil müəssisəsinin ümumi görünüşünün formalaşmasına təsir edən amillərdən biridir. Bu baxımda
22 sentyabr3-cü kurs tələbəsi əməliyyatda öldü
Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman
22 sentyabrŞəhidlərin qanı ilə yazılan Zəfər - KÖŞƏ YAZISI
Elə tarixlər var ki, təqvimdəki adi gün olmaqdan çıxaraq xalqın taleyinə yazılır. 27 Sentyabr Azərbaycan üçün belə bir tarixdir. Bu gün qəlbimizdə hüznlə qürur, göz yaşları ilə fəxarət yanaşı dayanır. Şəhidlərimizin xatirəsi qarşısında baş əyir, onların müqəddəs fədakarlığını ehtiramla yad edir, qanlar
22 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabr