YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olundu - SİYAHI

YAP-ın şəhər və rayon təşkilatına yeni sədrlər təyin olundu - SİYAHIYanvarın 28-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib. İclasın müzakirəsinə "Yeni Azərbaycan Partiyasının yerli təşkilatlarının sədrlərinin vəzifəyə təyin edilməsi" məsələsi çıxarılıb.

Sonxeber.az "Report"a istinadən xəbər verir ki, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından sonra partiyanın həyatında yeni mərhələ başlayıb, yeni qəbul olunmuş Nizamnaməyə əsasən partiyanın yeni strukturu müəyyən edilib. Vurğulanıb ki, Nizamnaməyə əsasən partiya strukturunda vəzifə tutan şəxs digər vəzifə daşıya bilməz.

Mərkəzi Aparatın rəhbəri qeyd edib ki, artıq ötən ilin sentyabr ayından partiyanın Bakı şəhəri üzrə təşkilatlatlarının sədrləri öz vəzifələrinin icrasına başlayıblar. Ötən dövr ərzində respublikanın digər şəhər və rayonları üzrə yerli təşkilatların sədrliyinə namizədlərin müəyyənləşdirilməsi ilə bağlı geniş təhlillər, müzakirələr aparılıb və yekun olaraq təklif olunan namizədlərin siyahısı hazırlanaraq əvvəlcədən İdarə Heyətinin üzvlərinə təqdim olunub.

Müzakirələr zamanı çıxış edən YAP İdarə Heyətinin üzvləri Cavid Osmanov, Asif Əsgərli, Ramin Məmmədov, Şahin İsmayılov, Hikmət Babaoğlu, Elmar Qasımov, Anar İsgəndərov və Eldar İbrahimov yerli təşkilatların sədrliyinə layiqli namizədlərin irəli sürüldüyünü qeyd ediblər.

Müzakirələrdən sonra səsvermə keçirilib və aşağıdakı şəxslər yerli təşkilat sədrləri təyin olunub:

Hüseynov Ramiz Ağəli oğlu - YAP Sumqayıt şəhər təşkilatı
Əliyev Abbas İslam oğlu - YAP Abşeron rayon təşkilatı
Quliyev Ayaz Sərvər oğlu - YAP Xızı rayon təşkilatı
Abdullayev Füzuli Tahir oğlu - YAP Ağsu rayon təşkilatı
Muradov Zaur Fazil oğlu - YAP İsmayıllı rayon təşkilatı
Qasımov Qasım Nurməhəmməd oğlu - YAP Qobustan rayon təşkilatı
Qasımlı Tural Şahnəzər oğlu - YAP Şamaxı rayon təşkilatı
Orucov Ramil Mayıl oğlu - YAP Gəncə şəhər təşkilatı
Heydərov Rövlan Nəsib oğlu - YAP Naftalan şəhər təşkilatı
Yolçuyev Meydanəli Binəli oğlu - YAP Daşkəsən rayon təşkilatı
İsmayılov Elçin Şəmil oğlu - YAP Goranboy rayon təşkilatı
İsayev Vüqar Sabir oğlu - YAP Göygöl rayon təşkilatı
Bayramov Gündüz Çankay oğlu - YAP Samux rayon təşkilatı
Əhmədov Rövşən Nağı oğlu - YAP Ağcabədi rayon təşkilatı
Quliyev Mansur Söhbət oğlu - YAP Ağdam rayon təşkilatı
Şadlinskaya Faqət Nəcəb qızı - YAP Bərdə rayon təşkilatı
Həşimova Almaz Ələkbər qızı - YAP Füzuli rayon təşkilatı
Əliyev Vahid Surxay oğlu - YAP Xocalı rayon təşkilatı
Hüseynov Vüsal Cavay oğlu - YAP Xocavənd rayon təşkilatı
Əliyev Təvəkkül Böyükkişi oğlu - YAP Şuşa rayon təşkilatı
Əsədov Eldar Garay oğlu - YAP Tərtər rayon təşkilatı
Hacıyev Etibar Cəfər oğlu - YAP Ağstafa rayon təşkilatı
Nağıyev Rüstəm Vaqif oğlu - YAP Gədəbəy rayon təşkilatı
Nəbiyev Anar Telman oğlu - YAP Qazax rayon təşkilatı
Vəliyev Fəxrəddin Vəli oğlu - YAP Şəmkir rayon təşkilatı
Pənahov Nihad Məmmədtağı oğlu - YAP Tovuz rayon təşkilatı
Balaqadaşov Məhəmməd Müslüm oğlu - YAP Xaçmaz rayon təşkilatı
Nəbizadə Fidan Nizami qızı - YAP Quba rayon təşkilatı
İbramxəlilov David Nurəddin oğlu - YAP Qusar rayon təşkilatı
Baxşıyev Samir Vadim oğlu - YAP Siyəzən rayon təşkilatı
Balabəyov Mehdi Eyyub oğlu - YAP Şabran rayon təşkilatı
Cəfərov Həbib Zərxan oğlu - YAP Astara rayon təşkilatı
Mirxaslı Mirsüleyman Mirismayıl oğlu - YAP Cəlilabad rayon təşkilatı
Mirzəyev Malik Soltanağa oğlu - YAP Lerik rayon təşkilatı
Əmənullayev İqbal Qabil oğlu - YAP Lənkəran şəhər təşkilatı
Əliyev Seyfəddin Abusət oğlu - YAP Masallı rayon təşkilatı
Alışov Anar Xalıq oğlu - YAP Yardımlı rayon təşkilatı
Yusubov Cavanşir Nəriman oğlu - YAP Mingəçevir şəhər təşkilatı
Rəcəbov Əlişah Rəcəb oğlu - YAP Ağdaş rayon təşkilatı
Şükürov Sahib Yunis oğlu - YAP Göyçay rayon təşkilatı
Cəbrayılov Ayaz Akif oğlu - YAP Kürdəmir rayon təşkilatı
Abdullayeva Şəhla Əhməd qızı - YAP Ucar rayon təşkilatı
Əliyev Rafiq Vaqif oğlu - YAP Yevlax rayon təşkilatı
Əliyev İlkin Böyükağa oğlu - YAP Zərdab rayon təşkilatı
Səfərov Müşfiq Arzuman oğlu - YAP Beyləqan rayon təşkilatı
Ağayev Səfa Malik oğlu - İmişli rayon təşkilatı
Şıxəliyev Lütvəli İbrahim oğlu - YAP Saatlı rayon təşkilatı
Rüstəmov Varis Rüstəm oğlu - YAP Sabirabad rayon təşkilatı
Balayev Azad Rizvan oğlu - YAP Balakən rayon təşkilatı
Allahverdiyev Natiq Şükür oğlu - YAP Qax rayon təşkilatı
Ağasəfov Abil Adil oğlu - YAP Qəbələ rayon təşkilatı
Məhərrəmov Saleh Calal oğlu - YAP Oğuz rayon təşkilatı
Mikayılov Daşqın Gündüz oğlu - YAP Şəki şəhər təşkilatı
Qurbanov Habil Qurban oğlu - YAP Zaqatala rayon təşkilatı
Fərzəliyev Arif Aydın oğlu - YAP Cəbrayıl rayon təşkilatı
Misirov Həbib Məhərrəm oğlu - YAP Kəlbəcər rayon təşkilatı
Rüstəmov Təhmasib İbrahimxəlil oğlu - YAP Qubadlı rayon təşkilatı
İlyasov İlqar Süleyman oğlu - YAP Laçın rayon təşkilatı
Quluzadə Natiq Qurban oğlu - YAP Zəngilan rayon təşkilatı
Qəhrəmanov Zahir Məmmədyar oğlu - YAP Şirvan şəhər təşkilatı
Qurbanlı Kamil Məhəmməd oğlu - YAP Biləsuvar rayon təşkilatı
Əmirəslanov Elnur Mehman oğlu - YAP Hacıqabul rayon təşkilatı
Fərzəliyev Ülvi Cəlil oğlu - YAP Neftçala rayon təşkilatı
Əhmədov Elmar Ağakişi oğlu - YAP Salyan rayon təşkilatı

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov yeni təyin olunan yerli təşkilatların sədrlərinə fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda həmçinin, YAP-ın Şəki şəhər təşkilatın sabiq sədri Həsən Həsənov, Gəncə şəhər təşkilatının sabiq sədri, YAP Təftiş Komissiyasının üzvü Naqif Həmzəyev, Abşeron rayon təşkilatının sabiq sədri Bilman Vəliyev çıxış edərək ötən dövr ərzindəki fəaliyyətlərinə verilən müsbət qiymətə görə təşəkkür edib və yeni sədrlərə işlərində nailiyyətlər arzulayıblar.

Eyni zamanda, YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova və yeni təyin olunmuş Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov göstərilən yüksək etimada görə təşəkkürlərini ifadə edərək bu etimadı layiqincə doğrultmağa çalışacaqlarını vurğulayıblar.

İclasın sonunda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qarşıda dayanan vəzifələrdən danışıb və qeyd edib ki, bu il partiyamızın təsis olunmasının 30 illik yubileyi ilə əlaqədar tədbirlər planı hazırlanır. Yubiley ili çərçivəsində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

İclasda, həmçinin cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1026   Tarix: 28 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə

Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 13 və 14 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabi

9 aprel
.

Apreldə yay meyvələri: Bu məhsullar nə qədər təhlükəsizdir?

Son günlər bazarlarda və marketlərdə mövsümündən xeyli əvvəl satışa çıxarılan meyvələrin sayı artıb. -in məlumatına görə, xüsusilə yaz aylarının əvvəlində - aprel ayında belə çiyələk, gilas və digər yay məhsullarını görmək artıq adi hal alıb. Bu vəziyyət isə istehlakçılar arasında suallar yaradır. Mövsüm

10 aprel
.

Bakıda 16, rayonlara 20 dərəcə isti olacaq

Bakıda aprelin 11-də havanın 16 dərəcə isti olacağı, rayonlarda yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gec

10 aprel
.

Hacıqabul sakini itkin düşdü

Hacıqabul rayonunda 51 yaşlı kişi itkin düşüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Rəncbər kənd sakini, 1975-ci il təvəllüdlü Baxış Absalam oğlu Əsgərov yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Boyu 160 sm, orta bədən quruluşlu B. Əsgərov evdən çıxan zaman əynində qar

10 aprel
.

Vüsal Aslanov rəisi işdən çıxarıb direktor müavini təyin etdi (FOTO)

"Bakı Metropoliteni" QSC-də kadr dəyişikliyi olub. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb. Əmrə əsasən, QSC-nin Təlim-tədris mərkəzinin rəisi Fərid Hacıağabəyli vəzifəsindən azad olunub. Sədrin digər əmri ilə o, "Bak

10 aprel
.

"Azərbaycan-Litva münasibətlərində müşahidə olunan dinamika ölkəmizin beynəlxalq arenada artan nüfuzunun bariz göstəricisidir" - AÇIQLAMA

Azərbaycan və Litva energetika, kənd təsərrüfatı, müdafiə və təhsil sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensiala malikdir. Bu barədə "Report"a müsahibəsində Litvanın Baş naziri İnqa Ruqiniene bildirib. "Dünən kifayət qədər dolğun gün oldu: Prezident İlham Əliyev və Baş nazi

10 aprel
.

Mərdəkanda sahibsiz it səkkiz nəfərə hücum edib - Sakinlər təşviş içində - VİDEO

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri Baku TV-nin qaynar xəttinə müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır. Sakinlərin sözlərinə görə, sözügedə

9 aprel
.

"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası

Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır. "Qafqazinfo"ya müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib

10 aprel
.

"Bu tip əmlaklar çıxarışla təmin oluna bilmir" - AÇIQLAMA

"Vətəndaşlar fərdi yaşayış evləri alarkən ilk növbədə sözügedən evin sənədinə diqqət etməlidirlər. Əmlakın çıxarışının olması mütləqdir. Digər tərəfdən, hazırda paytaxt Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi mövcuddur ki, yaxın gələcəkdə onların bir hissəsin

10 aprel