Azərbaycan komandosu necə hazırlanır? - VİDEO
Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun tərkibində yeni bölmələr yaradılır. Bunlardan biri Komando bölmələridir.
"Xəzər Xəbər" bu barədə süjet hazırlayıb.
Qeyd edək ki, Komando bölmələri yeni olsa da, ordumuzun görən gözü, döyünən ürəyinə çevrilir.
Onlar dağ şəraitində ən çətin döyüşlər üçün yetişdirilir. Komando olmaq istəyənlər 10 həftəlik ağır təlimdən keçirlər. Bu müddət ərzində onlar ən çətin şərtlərdə döyüşlər üçün hazırlanır.
Təlimlərin saatı və məkanı yoxdur. Komandolar baş verə biləcək bütün situasiyalara hazır olmalıdırlar.
Komando namizədləri hər gün gərgin fiziki məşqlərdən keçirlər. Amma kursu bitirmək üçün yalnız fiziki hazırlıq kifayət etmir.
Təlimlər ölkəmizin mürəkkəb relyefə malik ərazilərində baş tutur. Vətən müharibəsində xüsusi şücaət göstərən və xarici ölkələrdə müxtəlif kurslar keçən hərbçilərimiz burada öz biliklərini gənclərə öyrədirlər. Azərbaycan komandosunu adını tarixə şanlı zəfərlə yazan ordunun qəhrəmanları yetişdirir.
Komando təlimlərini bitirən şəxsi heyətdən sonda imtahan götürülür. Ən yüksək nəticə göstərənlər və davam etmək istəyənlər əlavə təlimlərə cəlb olunurlar. Sonrakı təlimlərdə onlar paraşüt, dalğıc, xizək, yaşayış məntəqələrində döyüş və digər kurslardan keçirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı