Bakıda içərisi pulla dolu seyf oğurlandı - ANBAAN VİDEO
Bakının Nərimanov rayonunda obyektlərdən birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, zərərçəkən polisə müraciət edərək yavarın 24-də naməlum şəxslərin obyektə daxil olduğunu və xəzinədarın otağından içərisində 63 min manat olan seyfin oğurlandığını bildirib. Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.
Nərimanov rayon Polis İdarəsinin və 17-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Burxan Əliyev və tanışı Orxan Əliəkbərov saxlanılıblar. Onlar ifadələrində törətdikləri hadisəni etiraf ediblər. Bu şəxslərdən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, həmin obyektdən oğurluq etməyi Burxan Əliyev təklif edib. Onlar oğurladıqları seyfi Mehdiabad qəsəbəsinə Burxan Əliyevin evinə apararaq orada sındırıblar.
Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri oğurluq təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Faktla bağlı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı