Bakıda 31 yaşlı Gülnar həyat yoldaşını niyə öldürdü: YENİ FAKTLAR - VİDEO
Ötən gün Bakı şəhər Suraxanı rayonu Hövsan qəsəbəsində 1991-ci il təvəllüdlü Gülnar Vəlizadənin həyat yoldaşı, 1990-cı ildə anadan olmuş Elşən Hadızadəni bıçaqlayara qətlə yetirməsinin təfərrüatları yayılıb.
Sonxeber.az "publika.az"a istinadən xəbər verir ki, dəhşətli qətl ailə münaqişəsi zəminində baş verib. Belə ki, bir neçə il əvvəl ailə həyatı quran və 2 övlad sahibi olan cütlük xeyli vaxt imiş ki, evdə münaqişə edirlərmiş. Ailədaxili keçimsizlik o, həddə çatıb ki, azyaşlı uşaqlara qarşı da şiddət göstərilib.
Ötən gün isə G.Vəlizadə evdə baş vermiş növbəti münaqişə zamanı bıçaqla həyat yoldaşının döş qəfəsinə ağır xəsarət yetirib. Ürəyi zədələnən Elşən xəstəxanaya çatdırılsa da, orada keçinib.
Bildirilir ki, hadisə uşaqların gözü qarşısında baş verib.
O da məlum olub ki, həyat yoldaşını qətlə yetirən Gülnar son vaxtlar depressiv vəziyyətdə olub və mütamadi olaraq qəmli statuslar paylaşırmış. O, sonuncu statusunu isə qəbiristanlığa gedərək anasının məzarı üstündə şəkil çəkdirərək edib.
Həmin paylaşımı, həmçinin qətlə yetirilən Elşən Hadızadənin fotosunu təqdim edirik.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı