Millət vəkili Qarabağda yaşayan ermənilərlə görüşlərin keçirilməsini təklif edib
"Erməni əsilli azərbaycan vətəndaşlarının yeni reallığı anlaması və Azərbaycan dövlətinin qanunlarını qəbul edərək yaşaması sahəsində görüşlərə ehtiyac var. Hazırda postmüharibə dövründə biz icmalar arasında müxtəlif görüşlər keçirə bilərik".
Sonxeber.az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova "Postmünaqişə dövründə bərpa işlərində qadınların rolu" mövzusunda keçirilən konfransda deyib.
Komitə sədri xatırladıb ki, 30 ilə yaxın davam edən erməni işğalına son qoyulub: "BMT-nin qətnamələrini Azərbaycan özü yerinə yetirərək ərazi bütövlüyünü təmin edib. Son 18 ildə aparılan balanslı siyasət bütün sahələrdə öz müsbət nəticəsini verdi. Ölkəmiz dinamik və davamlı inkişaf edir, beynəlxalq arenada Azərbaycanın sözü, münasibəti qəbul olunur. Erməni işğalçıları təkcə bizə deyil, evimizə, onun daşına, divarına, ağaca da nifrət hissi ilə yanaşıblar. Ekoloji terror törədiblər. Ötən dövrdə işğalda saxladıqları ərazidə heç nə tikməyib, heç nə yaratmayıblar. Ancaq talan ediblər, dağıdıblar, bir sözlə vandalizm aktı törədiblər. Xarabaya çevrilmiş, talan edilmiş ərazilərimizdə indi böyük işlər gedir, nəhəng quruculuq layihələri həyata keçirilir, şəhər və kəndlərimiz yenidən qurulur. Görülən işlər, həyata keçirilən layihələr bunlar hamısı xalqımızın iradəsini, dövlətimizin gücünü, iqtisadi potensialını bir daha nümayış etdirir".
"Ölkə əhalisinin yarısını təşkil edən qadınların iqtisadi fəallığının artırılması, idarəetmə və qərarların qəbulu prosesinə cəlb olunması mühüm məsələdir. Qadınların özünü realizə etməsi üçün şəraitin yaradılması, iş və ailə həyatı arasında balansın qorunması həm də davamlı iqtisadi artımı təmin edir. Bu, həm də dövlətimizin iqtisadi cəhətdən güclənməsi deməkdir. Bunun üçün dövlət qurumları ilə yanaşı, müxtəlif qadın təşkilatları, özəl strukturlar, qeyri-hökumət təşkilatları tərəfindən davamlı işlər görülür. Hazırda qadınların cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yaranıb.
Bunlardan biri də sahibkar qadınların Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Belə bir fəaliyyətin reallaşması isə işğaldan azad olunmuş ərazilərimizə qayıdacaq əhalinin müxtəlif tələbatının ödənilməsi yanaşı, yeni iş yerlərinin yaradılması, məşğulluğunun təmin olunması, əhalinin sosial rifahının yüksəlməsi və bütövlükdə iqtisadiyyatın inkişafı baxımından önəmlidir", – o vurğulayıb.\Report
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bakı məşhur xəstəxana bağlanır - Xəstələr köçürülüb
Pensiyalar bu tarixdə ödəniləcək
Hindistanda deputat qızının toyuna 400 min nəfər dəvət etməyə hazırlaşır
Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Britaniyalı pilot səmada UNO-larla qarşılaşmasından danışdı
İlham Əliyev Ərdoğana başsağlığı verdi
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi
Qızıl və gümüş bahalaşıb
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Güclü küləkdə bayrağı xilas etməyə çalışan o imiş... - Video
Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır
Prezident İlham Əliyevin Zəfər Günü müraciəti: Tarixi Qələbənin siyasi, hərbi və mənəvi təntənəsi