Çoxunun bilmədiyi "SİRLİ DÜYMƏLƏR" - İşiniz ASANLAŞACAQ
Kompüter həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bir çoxlarının işi məhz buradan keçir və biz kompüterdən istifadə edərkən onun bütün incəliklərini bildiyimizi zənn edirik. Lakin bilmədiyimiz şeylər də az deyil. Çoxları hesab edirlər ki, klaviaturanın sol hissəsində, aşağıda "fn" və "alt" düymələrinin ortasında yerləşən, bizim "Pusk", "Start" adlandırdığımız düymə yalnız komüteri yandırıb-söndürmək üçün lazım olur. Amma əslində o düymə vasitəsilə bir çox əməliyyatları gerçəkləşdirmək mümkündür.
Sözügedən "Start" düyməsi "Win" (Windows) adlanır və yalnız "İşə salma" menyusunun açılışı üçün nəzərdə tutulmayıb. Təəssüf ki, kompüter satanlardan, istifadəçilərə qədər hər kəs bunu belə zənn edir. Lakin bu düymə "Windows" Microsoft əməliyyat sistemlərinin təməli hesab olunur.
1985-ci ildə buraxılmış bu marka bütün dünyada ən geniş istifadə olunan proqram təminatı olaraq liderliyini qorumağa davam edir.
"Win", CTRL və digər sehirli klavişlər kompüterdə müəyyən əməliyyat sistemlərinin daha tez həyata keçməsinə imkan verir.
BiG.AZ-ın sadalayacağı kombinasiyalar kompüterdə işi sadələşdirir və qiymətli vaxtınıza qənaət etməyə kömək edir:
1. ALT + Backspace
Mətnin silinmiş hər hansı bir hissəsini və ya sözünü geri qaytarır. Qismən bu təklif CTRL + Z kombinasiyasının əməliyyat xüsusiyyətini xatırladır.
2. CTRL + ALT + TAB
Hazırda kompüterinizdə açıq olan pəncərələrin sayını görməyə və onların arasında yerdəyişmə etməyə icazə verir.
3. ALT + F4
Ekranda açıq olan pəncərə və ya proqram panelini bağlayır.
4. F2
Faylların və ya qovluqların adını dəyişdirməyə icazə verir.
5. CTRL + SHIFT + T
Kompüterin ekranında ən son baxılan və bağlanmış pəncərəni yenidən açır.
6. Windows + L
Bu kombinasiya, sistemdən çıxışı təmin edir.
7. CTRL + N
"Google Chrome" brauzerinin ikinci səhifəsi açılır.
8. CTRL + SHIFT + N
"Google Chrome" brauzerinin ikinci, "gizlin" səhifəsini açır. Buradakı fəaliyyətiniz (girdiyiniz saytlar və s) yaddaşda qalmadığından kompüterin digər istifadəçiləri onları görməyəcək.
9. CTRL + T
Bu kombinasiya isə istənilən brauzerdə yeni, ikinci əlavə pəncərə açır.
10. CTRL + ALT + DEL
"Windows" versiyasından asılı olaraq, mərkəzi təhlükəsizlik və ya dispetçer pəncərəsini açır.
11. CTRL + SHIFT + ESC
Tapşırıq dispetçerini aktivləşdirir.
12. CTRL + Esc, eləcə də "Windows"
Birbaşa "Start" düyməsinin menyu panelini açır.
13. SHİFT + ALT
Klaviaturanın dilini dəyişir.
14. CTRL + A
Mətni bütövlüklə seçir
15. CTRL + C
Seçilmiş mətni kopyalayır.
16. CTRL + X
Seçilmiş mətni kəsib götürür.
17. CTRL + V
Kopyalanmış (və ya kəsilmiş) mətni əlavə edir.
18. CTRL + S
Yazını yaddaşda saxlayır.
19. CTRL + W
Pəncərəni bağlayır.
20. Windows + E
"Windows Explorer"i açır.
21. Windows + U
Kompüteri söndürür.
22. ALT + TAB
Açıq pəncərələr arasında keçid etməyə imkan verir.
23. CTRL + SHİFT + TAB
Öncəki pəncərəyə qayıdır.
24. F5
Səhifəni yeniləyir.
25. SPACE (boşluq)
Səhifəni aşağı çəkir.
26. SHİFT + SPACE
Səhifəni yuxarı çəkir.
27. CTRL + F
Axtarış yerini açır.
28. CTRL + + ( və ya CTRL və siçanın çarxını yuxarı fırlatmaq)
Səhifəni böyüdür.
29. CTRL + - ( və ya CTRL və siçanın çarxını aşağı fırlatmaq)
Səhifəni kiçildir.
30. CTRL + D
Açıq olan səhifəni yaddaşda saxlayır.
31. CTRL + K
Axtarış panelinə keçid edir.
Daha çox "qaynar klavişlər"i buradan öyrənə bilərsiniz.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək
Azərbaycanda məktəblərlə bağlı YENİ QAYDA - MƏCBURİ OLA BİLƏR
Azərbaycanlı aparacı İran və Türkiyəyə səsləndi
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
Nazirlik pensiyalarla bağlı YENİ QƏRAR VERDİ
Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq
Bakıda ətin qiyməti rayonları geridə qoydu - Son qiymətlər
Bakıda 30-a yaxın bina söküləcək: Sakinlərə nə qədər pul veriləcək?
Azərbaycanda yeni qanun qəbul ediləcək
Zəhərli hörümçək udan körpə qız komaya düşdü
AQTA qənd məhsullarında uyğunsuzluq aşkarladı: İstehlakçılar necə seçim etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
Bərdə xəstəxanasında DƏHŞƏTLİ OLAY: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, polis hərəkətə keçdi - YENİLƏNİB
Əli Həsənova yeni vəzifə verilir
Alimlər açıqladı: Valideynlər ən çox hansı övladını sevir?
Sevinc Hüseynova böhtan və təhqirə görə məhkum edildi - Səidə Bəkirqızı məhkəməni uddu