Wi-Fi zəifləyib? - Səbəb qonşuların routerləri ola bilər
Evdə internetin zəif işləməsi həmişə provayderdən və ya routerin köhnəlməsindən qaynaqlanmır. Çoxmənzilli binalarda qonşuların Wi-Fi şəbəkələrinin eyni kanaldan istifadə etməsi də bağlantını yavaşlada bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, belə hallarda yeni avadanlıq almadan əvvəl şəbəkənin işlədiyi kanalı yoxlamaq lazımdır.
Qonşu şəbəkələr sürətə necə təsir edir?
Bu problem xüsusilə 2,4 GHz diapazonunda müşahidə olunur. Bir neçə router eyni kanalda işlədikdə məlumat ötürmək üçün efir vaxtını bölüşməli olur. Nəticədə səhifələr gec açılır, videolar donur və onlayn oyunlarda gecikmələr artır.
Bir-biri ilə üst-üstə düşən qonşu kanallar da əlavə maneə yarada bilər. Buna görə yalnız siqnalın güclü olması sürətli bağlantıya zəmanət vermir.
Problemi necə müəyyənləşdirmək olar?
Android üçün "Wi-Fi Analyzer" kimi tətbiqlər ətrafdakı Wi-Fi şəbəkələrinin hansı kanallarda işlədiyini göstərir. Bu məlumat əsasında hansı kanalda daha çox şəbəkə olduğunu görmək mümkündür.
Lakin belə tətbiqlər internetin zəifləməsinin bütün səbəblərini müəyyən etmir. Onlar əsasən ətrafdakı şəbəkələri, siqnal gücünü və kanalların üst-üstə düşməsini qiymətləndirməyə kömək edir.
Kanalı dəyişmək kömək edə bilər
İstifadə etdiyiniz kanal sıxdırsa, routerin ayarlarında daha az yüklənən kanalı seçmək olar. 2,4 GHz diapazonunda 20 MHz kanal eni ilə işləyərkən adətən 1, 6 və 11-ci kanallara üstünlük verilir.
Router və qoşulan cihazlar dəstəkləyirsə, 5 GHz diapazonundan istifadə də sıxlığı azaltmağa kömək edə bilər. 6 GHz bağlantısı üçün isə həm routerin, həm də cihazın bu diapazonu dəstəkləməsi tələb olunur.
Kanalın dəyişdirilməsi qonşu şəbəkələrdən qaynaqlanan problemi yüngülləşdirə bilər. Bununla belə, sürətin tam bərpasına zəmanət vermir: routerin yerləşməsi, divarlar, qoşulan cihazların sayı və provayderin bağlantısı da nəticəyə təsir göstərir.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 450 Tarix: 11 oktyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşHəkimlərin də "olmaz" dediyi şeyi 90 il etdi - 117 il yaşadı
19-cu əsrdə doğulduğu bilinən sonuncu insan kimi tarixə düşən italiyalı Emma Moranonun (1899-2017) uzunömürlülük sirləri diqqət çəkir. 117 il ömür sürən Morano uzun yaşamağını iki əsas amillə - tək yaşamaq qərarı və 90 illik qidalanma vərdişi ilə əlaqələndirirdi. xəbər verir ki, Birinci Dünya müharibəsində
21 noyabrQəhvənin tərkibindəki maddənin bağırsaq iltihabına qarşı təsiri araşdırılıb
Qəhvə və bəzi digər bitkilərin tərkibində olan kofein turşusunun bağırsaqlarda iltihabı azaltmaq və onların qoruyucu baryerini möhkəmləndirmək potensialı aşkar edilib. xəbər verir ki, bu barədə Çinin alimlərinin "Phytomedicine" jurnalında dərc olunan araşdırmasında bildirilib. Tədqiqatçıla
25 noyabrMarsda 200 metrdən hündür sıldırım yamacları olan 29 mümkün buzlaq aşkarlanıb
Marsın şimal kraterlərində daş və toz qatlarının altında gizlənmiş ola biləcək 29 qədim buzlaq izi aşkar edilib. xəbər verir ki, alimlər bu geoloji strukturları Marsın Alba vulkanı ərazisində yerləşən 738 zərbə kraterini araşdırarkən müəyyən ediblər. Tədqiqat zamanı "Mars Reconnaissance Orbiter"
20 noyabrQabarcıqlı sellofan əslində nə üçün icad edilmişdi? - Maraqlı tarixçə
Bu gün kövrək əşyaların qablaşdırılmasında əvəzolunmaz vasitə olan qabarcıqlı sellofanın ilk istehsal məqsədi tamamilə fərqli olub. xəbər verir ki, məhsulun tarixi 1957-ci ildə ABŞ-ın Nyu-Cersi ştatında başlayıb. Mühəndis Alfred Fildinq və isveçrəli ixtiraçı Mark Şavann müasir görünüşlü plastik diva
21 noyabrİnsan öləndən sonra bədənində hansı dəyişikliklər baş verir?
İnsan həyatını itirdikdən sonra onun bədənində bir sıra bioloji və fiziki dəyişikliklər başlayır. Ürəyin dayanması, qan dövranının kəsilməsi və hüceyrələrin oksigensiz qalması orqanizmdə ardıcıl proseslərə səbəb olur. Bəs insan öldükdən sonra bədənində ilk olaraq nə dəyişir? Bu proseslər hansı ardıcıllıql
22 noyabrArıqlamaq üçün 18:00-dan sonra yemək yeməyənlərə - Xəbərdarlıq
Endokrinoloq Qriqori Dolquşin arıqlamaq istəyən şəxslərin saat 18:00-dan sonra qidadan tamamilə imtina etməsinin sağlamlıq üçün zərərli olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, həkim bu barədə məlumat paylaşıb. Mütəxəssis izah edib ki, insan acqarına yatdıqda ya gecə yarısı oyanıb yemə
17 noyabrYuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
Yaponiyalı alimlər yuxuların şifrəsinin açılması istiqamətində ilk addımı atıblar. -ə istinadən bildirir ki, ATR institutunun əməkdaşları funksional MRT və maşın öyrənməsi texnologiyasından istifadə edərək insanların yuxuya gedərkən gördükləri obyektlərin kateqoriyalarını müəyyənləşdirməyə çalışıblar
25 noyabrQışa enerjili girmək üçün - 10 addım
Yay mövsümünün dinamik ritmi, uzun səfərlər və dəyişən günlük vərdişlərdən sonra soyuq aylara keçid həm orqanizm, həm də yaşayış mühiti üçün yeni balans tələb edir. "Qafqazinfo" xəbər verir ki, qışa daha gümrah və hazırlıqlı başlamaq üçün gündəlik rejimdə, qidalanmada və şəxsi qulluqda tətbi
20 noyabr