Yol polisinə "şirinlik" verib keçdilər - ANBAAN GÖRÜNTÜLƏR
Yük avtomobillərindən rüşvət alan yol polisi ifşa edilib.
Sürücülərin 99 YP 258 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə "görüş"ü paytaxtın Qaradağ rayonu Puta qəsəbəsində baş verib.
Daş karxanasından gələn yük avtomobillərinin sürücüləri əsas yola çıxmazda əvvəl yol ayrıcında dayanır. Düşünürsən ki, yəqin, yol polisinə sənədlərini təqdim edəcək, o da qaydasında olub-olmadığını yoxlayacaq. Amma baş verənləri kənardan müşahidə etdikdə məlum olur ki, sürücülər polisə sadəcə "şirinlik" verir. Başqa sözlə desək, dövlət yol polisinin əməkdaşları günün günorta çağı dərə xəlvət, tülkü bəy deyib, xərac yığırlar.
99 YP 258 dövlət nömrə nişanlı yol polisinin bu avtomobili sən demə bu xüsusiyyətinə görə ərazidə məşhur imiş. İstənilən yük avtomobilinin sürücüsü onları "görmədən" hərəkət edə bilməzmiş. Bu hal o qədər adiləşib ki, polis əməkdaşları heç avtomobilindən belə düşmür. Halbuki, qanunvericiliyə görə, proses əksinə baş verməli, polis sürücüyə yaxınlaşıb, qanun tələblərini yerinə yetirməlidir. Görünür, artıq yol polisi həmin ərazidə əməlli-başlı nizam-intizam yaradıb. Hər keçən sürücü qaydalara əməl edir və üzərinə düşən "hörmət"i ödəmədən ötüb keçmir.
Görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, görüntüləri çəkən şəxsin müraciətindən sonra məsələyə baxıla bilər. Buna qədər görüntülərdə rüşvət faktının olması ilə bağlı söz demək mümkün deyil.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1960 Tarix: 31 yanvar 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr