Hikmət Hacıyev: "11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi"
"ABŞ-Azərbaycan əlaqələrinin 30 ili iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafı baxımından uğur hekayəsidir".
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Caspian Policy Center"in təşkil etdiyi "ABŞ-Xəzər Diplomatik Münasibətlərinin 30 ili" adlı vebinarda deyib.
O bildirib ki, Azərbaycan 11 sentyabr hadisələrindən sonra ABŞ-ın başlatdığı terrorçuluğa qarşı mübarizəyə göstərdiyi hərbi və logistik dəstəyi ilə yaxşı dost olduğunu sübut edib: "Ölkələrimiz arasındakı əlaqələrin və dostluğun tarixi səfir Hafiz Paşayevin "Bir səfirin manifesti" adlı kitabında çox yaxşı izah edilib. ABŞ-ın Azərbaycana dəstəyi ölkəmizin suverenliyi və müstəqilliyini gücləndirir. Bu dəstəyin regional təhlükəsizliyin vacib komponenti olduğu təsdiq edilib. Bu illər boyunca ABŞ və Azərbaycan əməkdaşlığı yeni səviyyələrə qalxıb. 11 sentyabr hadisələri ABŞ-Azərbaycan əməkdaşlığında dönüş nöqtəsi idi. Bizim hər zaman dediyimiz kimi, dost dar gündə tanınar. Azərbaycan da, terrorizm əleyhinə alyansa qoşuldu və öz logistik dəstəyini təmin etdi".
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın Əfqanıstandakı missiyaya hərbi qüvvə dəstəyi ilə azərbaycanlı və ABŞ əsgərləri terrorçuluğa qarşı çiyin-çiyinə döyüşüblər.
H. Hacıyev vurğulayıb ki, azərbaycanlı və ABŞ əsgərlərinin terrorçuluğa qarşı həyata keçirdiyi daha bir əməliyyat isə İraq missiyası olub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1038 Tarix: 01 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər
"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə
5 sentyabr 2021"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya
"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ
15 sentyabr 2021"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA
Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd
6 sentyabr 2021"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA
İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların
3 sentyabr 2021Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO
Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista
12 sentyabr 2021Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"
4 sentyabr 2021Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür
Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa
15 sentyabr 2021