Daha bir tanınmış alim Ramiz Mehdiyevin istefasını tələb etdi: AMEA-da böhran böyüyür

Daha bir tanınmış alim Ramiz Mehdiyevin istefasını tələb etdi: AMEA-da böhran böyüyürSon vaxtlar mətbuatda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev xoşagəlməz əməllərinə görə haqlı olaraq ciddi tənqid edilir. Lakin bəzi yazılarda, informasiyalarda bütövlükdə bu elm ocağı haqqında yersiz olaraq kəskin tənqidi fikirlər bildirilir. Əslində problem elmi işçilər, alimlər deyil, bu elm ocağının rəhbəri olan R.Mehdiyevin yarıtmaz fəaliyyətidir.

R.Mehdiyev uğursuz "islahatları" və qanunsuz təyinatları ilə AMEA-nın, elmi tədqiqat müəssisələrinin fəaliyyətini iflic vəziyyətə salmışdır. Təəssüflər olsun ki, Akademiya onun ucbatından indi ən kriminal, intriqalarla dolu bir məkana çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusu tarixi torpaqlarımız olan Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. İndi cənab Prezidentin rəhbərliyi, bilavasitə nəzarəti altında həmin bölgələrdə geniş bərpa-quruculuq işləri aparılır. Azərbaycan elminin demək olar ki, bütün sahələri işğaldan azad edilmiş bu bölgələrdə fəaliyyət göstərməlidir. Lakin bu işlər yalnız ayrı-ayrı alimlərin vicdanına buraxılmışdır. Bu istiqamətdə fəaliyyət üçün AMEA alimlərinin çox böyük elmi potensialı var. Amma bu potensialı təşkilatlandıran və irəli aparan rəhbər qüvvə hazırda yoxdur. Belə ki, AMEA-nın prezidenti kimi R.Mehdiyev bir dəfə də olsun işğaldan azad edilmiş ərazilərə səfər etməmiş, bu ərazilərdə elmi tədqiqatların aparılacağı sahələrə baxış keçirməmişdir.

Doğrudur, R.Mehdiyev kağız üzərində bu bölgələrlə bağlı formal sənəd imzalamışdır. Əslində, bu sənədin mahiyyəti nədir?
Daha bir tanınmış alim Ramiz Mehdiyevin istefasını tələb etdi: AMEA-da böhran böyüyürBelə ki, R.Mehdiyevin imzaladığı 2021-ci il 12 yanvar tarixli sərəncamla Rəyasət Heyətinin "Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı" təsdiq olunmuşdur. Bu Tədbirlər Planının "Qeyd" bölməsində hər bir elm sahəsi üzrə Qarabağla əlaqədar Azərbaycan alimlərinin əvvəllər apardıqları tədqiqatların nəticələrinə dair sanballı kitablar nümunə olaraq göstərilib və qarşıdakı işlərə dair tapşırıqlar yer alıb. Amma Tədbirlər Planında Azərbaycan arxeoloqlarına göstərilən nümunə R.Mehdiyevin məsuliyyətsizliyinin bariz nümunəsidir. Belə ki, hamıya məlumdur ki, işğal dövründə ermənilər bir sıra Avropa ölkələrindən alimləri cəlb etməklə Azərbaycan tarixinin ən qədim abidəsi olan Azıx mağarasında qanunsuz işlər aparıblar və nəticə olaraq 2016-cı ildə kitab çap ediblər. R.Mehdiyevin təsdiq etdiyi Tədbirlər Planının 33-cü bəndində Azərbaycan arxeoloqlarına ermənilərin və onların tərəfdaşlarının qanunsuz olaraq çap etdirdikləri məhz həmin kitab nümunə olaraq göstərilmişdir. Burada həm də bu kitabın erməni və avropalı müəlliflərinin, onların aid olduqları qurumların adları da göstərilmişdir. Bir il keçməsinə baxmayaraq Tədbirlər Planındakı cinayət xarakterli bu səhv hələ də düzəldilməmişdir. Belə tədbirlər azad edilmiş ərazilərdə elmi tədqiqatların təşkili deyil, əslində gözdən pərdə asma, R.Mehdiyevin öz təbirincə desək əsl "pokazuxadır".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il mart ayının 15-də Xocavənd rayonuna səfəri zamanı Azıx mağarasının önündə çıxışında bildirmişdi ki, işğal dövründə ermənilər xaricdən alimlər cəlb etməklə bu abidədə qanunsuz qazıntılar aparıblar, amma bundan sonra burada Azərbaycan alimləri dəvət edəcəkləri xarici ölkə alimləri ilə birgə qanuni tədqiqatlar aparacaqlar.
Əlbəttə, Azərbaycan arxeoloqları cənab Prezidentin bu tapşırığını icra etmək üçün xarici ölkə mütəxəssislərini Azıxda işləməyə dəvət etdilər. Lakin AMEA rəhbərliyi həmin yerli və xarici mütəxəssislərə nəinki Azıx mağarasında işləməyə, hətta bu abidəyə baxış keçirmək üçün oraya bir günlük səfər etməyə də onlara icazə vermədi.

R.Mehdiyevin elmi tədqiqat müəssisələri ilə hesablaşmamağının acı nəticələrindən biri mənim də çalışdığım İnstitutla bağlıdır.
Daha bir tanınmış alim Ramiz Mehdiyevin istefasını tələb etdi: AMEA-da böhran böyüyürBelə ki, 2021-ci ilin 27 may tarixində AMEA-nın illik ümumi yığıncağında Arxeologiya və Etnoqrafiya İnstitutunun adının dəyişdirilərək "Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu" adlandırılması xəbəri yayıldı. Bu xəbər bütün institut əməkdaşları üçün sürpriz oldu. Çünki belə dəyişikliklər ilk növbədə İnstitutun Elmi Şurasında müzakirə edilir, təkliflər verilir, həmin təkliflər müvafiq elmi Bölmədə və Rəyasət Heyətində müzakirə və təsdiq edilir. Ən nəhayət Rəyasət Heyətinin müraciəti əsasında Nazirlər Kabinetində təsdiq edilir. Yəni bu ad dəyişikliyinin icra edilməsi üçün İnstitutdan heç bir elmi əsaslandırma, heç bir müraciət təqdim edilməmişdir. R.Mehdiyev belə bir əsaslandırmaya lüzum görməmişdir! Əslində tam yanlış olan bu ad dəyişikliyinin elmi əsaslandırılması mümkün deyil.
R.Mehdiyevin qanunsuz əməllərinin bir istiqamətini də İnstitutların "baş direktor", "icraçı direktor" vəzifələrinə təyinatlardır. Əvvəla, AMEA-nın Nizamnaməsində belə vəzifə adları yoxdur. Bundan başqa, İnstitut direktoru seçkili bir vəzifədir. Sual yaranır: görəsən pandemiya dövründə R.Mehdiyev nəyə görə İnstitutların "baş direktoru" vəzifələrinə növbədənkənar seçkilər keçirdi? Axı əvvəlcə yeni vəzifə adı Nizamnaməyə daxil edilməli (əgər buna lüzum olarsa), və dəyişiklik edilmiş Nizamnamə Respublika Prezidenti tərəfindən təsdiqlənməli idi. Lakin bu proses baş verməmişdir və R.Mehdiyev belə saxta seçkiləri keçirmək üçün göstəriş vermişdir.

Bu "seçkilərin" keçirilməsi prosesi də ikiqat saxtalaşdırılmışdır. Bu "seçkilər" isə bir qayda olaraq pandemiya bəhanəsi ilə online keçirilir. AMEA-da demək olar ki, hər gün 50-60 və bəzən daha çox sayda insanların iştirak etdiyi yığıncaqlar keçirildiyi halda Bölmələr üzrə cəmi 14-15 nəfərin iştirak etdiyi seçki iclasları online keçirilir. Səbəb sadədir. Belə ki, əslində İnstitut rəhbərinin seçkisi üçün 1 ay əvvəldən elan verilir, və 1 ay müddətində iddiaçılar namizədliklərini irəli sürüb müvafiq sənədləri təqdim edirlər. Seçki prosesi isə real şəkildə, gizli səsvermə qaydası ilə keçirilir. Amma indiki halda online iclasda R.Mehdiyevin müəyyən etdiyi (o isə bunu məqsədli edir) adamın adı çəkilir və iclasdakıların əl qaldırması ilə həmin şəxs dərhal seçilmiş elan edilir.

Beləliklə, R.Mehdiyevin AMEA-da bütün bu "seçki" oyunları qeyri-qanunidir və legitim hesab edilə bilməz.

R.Mehdiyevin Azərbaycan elmini bərbad hala salması barədə faktları yalnız bir yazıda yerləşdirmək mümkün deyil. Onun AMEA-ya rəhbərlik etdiyi müddətdə yalnız şəxsi maraqlarını güdməsi, səriştəsizliyi və yarıtmaz fəaliyyəti göz qarşısındadır. Buna görə də 30 ildən artıq AMEA-da çalışan bir elm adamı kimi mən də professor Kərim Şükürov və digər ziyalılarımızın çağırışlarına qoşularaq belə hesab edirəm ki, Azərbaycan elminin xilası naminə R.Mehdiyev AMEA prezidenti vəzifəsindən istefa verməlidir.
Daha bir tanınmış alim Ramiz Mehdiyevin istefasını tələb etdi: AMEA-da böhran böyüyürNəcəf Müseyibli
Tarix elmləri doktoru, professor,
AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya
İnstitutunun şöbə müdiri


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1215   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Şuşadan dünyaya verdiyi mesajlar: Azərbaycan-Türkiyə qardaşlığı sarsılmaz müttəfiqlik nümunəsidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 noyabr 2026-cı il tarixində Zəfər Günü münasibətilə Azərbaycana, xüsusilə Şuşaya səfəri iki qardaş ölkə arasındakı münasibətlərin mahiyyətini və strateji əhəmiyyətini bir daha nümayiş etdirdi. Bu səfər sadəcə diplomatik protokol çərçivəsində baş tutan görü

9 noyabr
.

Bakıda "QAZ-3110"la təkərləri sürüşdürüb şou göstərdi - Narkoman olduğu üzə çıxdı

Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edərək bir neçə rayonda avtoxuliqanlıq edən 21 yaşlı gənc 1 ay 15 gün müddətinə inzibati qaydada həbs edilib. Qaynarinfo-nun məlumatına görə, 2005-ci ildə Bakı şəhərində anadan olan E.R. barəsində Yasamal Rayon Məhkəməsində bir neçə inzibati xət

9 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?

Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr