Övladlarının sayını gizlətdi, gülərkən vəfat etdi...

Övladlarının sayını gizlətdi, gülərkən vəfat etdi...Sonxeber.az Kulis.az-a istinadən müğənni Rüfət Mehdiyev haqqında on maraqlı faktı təqdim edir.

1. Rüfət Mehdiyev Bakıda anadan olub. Universitet təhsilini başa vurandan sonra musiqi ilə məşğul olmağa başlayıb. 1992-ci ildən müğənnilik edib. "Space" Televiziyasında hazırlanmış "Qış nağılı" və "Baharın nağılı" film-verilişlərində çəkilib.

2. Müğənni kimi "Darıxırdım", "Druziya", "Gedirəm", "Getdin", "İl keçdi", "Yandırdı, yaxdı məni" mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.

3. Rüfət Mehdiyev iki dəfə ailə həyatı qurub. 90-cı illərin əvvəllərində toylarda sintezator ifaçısı kimi çıxış edən müğənni həmin toyların birində gələcək həyat yoldaşı ilə tanış olub. Onlar ailə qurublar. 1993-cü ildə onun Zemfira adlı bir qızı, sonra daha bir qızı dünyaya gəlib.

4. Ailə həyatı uğurlu olmayan müğənni sonralar ikinci dəfə Fərqanə adlı xanımla evlənir. Bu evlilikdən isə onun Sabir adlı oğlu, Aynil adlı qızı olur. İkinci ailəsi ilə yanaşı müğənni ilk ailəsinə də baxır, qızları ilə hər gün əlaqə saxlayırmış.

5. Ancaq qəribədir ki, verilişlərdə o, iki övladı olduğunu deyirmiş.

6. Qızı Zemfiranın sözlərinə görə, 2018-ci ildə onun toy mərasimində atasının yaxın dostları olan sənət adamlarından Elariz Məmmədoğlu, Eyyub Yaqubov, Lalə Məmmədova, Ədalət Şükürov, Natavan Həbibi, Səməd Səmədov, "Bu şəhərdə"nin kollektivi, Faytonçu Nazim, Ceyhun Bakinski təmənnasız iştirak ediblər.

7. Rüfət Mehdiyev həmkarı Elariz Məmmədoğlu ilə çox yaxın dost olub. Elariz bəyin qızının toyuna dəvət olunan Rüfət toydan sonra pul götürməyib, hətta ona pul təklif etdiyinə görə Elarizdən inciyib.

8. Müğənninin yaxınları onun çox ürəyiyumuşaq, qayğıkeş, gülərüz insan olduğunu qeyd edirlər. Dostu Elnur Quliyev müsahibələrinin birində deyir:

9. "Bilirdik ki, Rüfətin problemləri var. Amma heç birimizlə bunu bölüşmürdü. Hər şeyi ürəyinə salan adam idi. Nə qədər soruşsaq da, heç nə olmayıb deyərdi, amma əhvalından bilirdik ki, yaxşı deyil. Rasim adlı dostumuz var, ən çox onunla dərdləşərdi. Mən həmişə istəyirdim ki, ona kömək olum. Çünki Rüfətin mənə çox yaxşılığı dəyib. Məni tez-tez radiolara aparırdı, mahnılarımı təqdim edirdi. Bir neçə dəfə onunla televiziyalarda da olmuşam. Rüfətin hansısa problemləri vardı, bunu ürəyinə salırdı".

10. Günlərin birində Rüfət Mehdiyev qızlarına deyir ki, hazırlaşsınlar, ertəsi gün onları şəhərə gəzməyə çıxaracaq. Lakin bu sözləri deyəndən bir neçə saat sonra Rüfət Mehdiyev 2011-ci il fevralın 11-də gecə saat 3-də rusların "Komedi Klab" verilişinə baxıb güldüyü yerdə qəfil insult keçirir və 41 yaşında dünyasını dəyişir. O, Nizami rayon qəbiristanlığında dəfn edilir. Rüfətin anası da 31 yaşında eyni səbəbdən dünyasını dəyişib. Müğənninin ikinci həyat yoldaşı Fərqanə xanımın sözlərinə görə o, ölümündən bir həftə əvvəl gecə yuxudan oyanıb mətbəxə keçib bir şeir yazır və bu şeirə musiqi bəstələyir, lakin həmin bəstəni lentə almır. Ölümündən sonra ailəsi həmin şeiri tapsa da, musiqini özü ilə aparır.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4438   Tarix: 02 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Pensiyalar bu tarixdə ödəniləcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 13-dən gec olmayaraq ödəniləcək. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumatında deyilir. Qeyd edilib ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların və güzəştl

9 noyabr
.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Şəhid anası: "Zəfərimiz onların sayəsində oldu"

"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf

8 noyabr
.

İmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib

İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı

9 noyabr