Prezidentlə görüşdə iştirak edən gənclər: "Dövlət başçısı bizə tövsiyələr verdi"
Fevralın 2-də Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumu keçirilib.
Prezident İlham Əliyev Forumda iştirak edib.
"Report" görüşdə iştirak edən bir neçə gənclə həmsöhbət olub.
Prezident İlham Əliyevlə görüşdə iştirak edən Cəmilə Məmmədlinin sözlərinə görə, gənclik artıq Azərbaycanda aparıcı qüvvədir və bu da dövlətin gənclər siyasətinin nəticəsidir:
"Gənclərin fikrini öyrənmək hər bir dövlətin siyasətində əsas rol oynayır. Gənclər öz fikirləri ilə, öz enerjiləri ilə dövlətimizin daha da inkişaf etməsinə təkan verirlər. Cənab Prezidentin söylədiyi kimi, istər fiziki, istərsə də əqli cəhətdən öz üzərində işləmək mənim üçün ən önəmli tövsiyədir".
Görüş iştirakçısı Emil Əskərov isə bildirib ki, dövlətə və dövlətçiliyə layiqli xidmət göstərmək üçün hər zaman çalışıb. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyinin təsis etdiyi Gənclər mükafatına layiq görülüb.
2020-ci ildə Prezident mükafatçısı olmuş Sabir Rüstəmov isə deyib ki, Azərbaycan gəncliyinin müasir, intellektual formalaşmasında dövlətimizin mühüm rolu olub: "Bu gün Azərbaycan gəncliyi hər bir sahədə inkişaf edir, öz bilik, bacarıq və dil savadı ilə seçilirlər. Bugünkü forum hər bir gənc üçün qürurvericidir, mən bir gənc olaraq fəxr edirəm ki, cənab Prezidentin iştirakı ilə keçirilən üçüncü forumda iştirak edirəm. Prezident İlham Əliyev gənclər üçün bir örnəkdir".
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 1-də "2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında" sərəncam imzalayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1611 Tarix: 02 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr