İlham Əliyev: "Xaricdə təhsil alanlar gəlib burada işləsinlər və Vətənə burada xeyir gətirsinlər"
İndi Azərbaycan ovaxtkı Azərbaycan deyil, Bakı indi dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycanda olan infrastruktur bir çox ölkələr üçün nümunə ola bilər. Ölkəmizin mədəni həyatı çox zəngindir və insanlar burada özlərini çox rahat hiss edirlər. Heç bir təhlükə yoxdur - sabitlik, əmin-amanlıq, xoş ab-hava.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə xaricdə təhsil proqramı ilə bağlı sualı cavablandırarkən bildirib.
Dövlətimizin başçısının sözlərinə görə, hazırda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının bir parçasıdır, əmək resurslarımız da həmçinin. "İndi bir çox azərbaycanlılar var ki, xaricdə işləyirlər, yaşayırlar. Mən bunu ancaq alqışlayıram. Nə qədər çox olsa, necə deyərlər, bizim adımızı onlar ucaldırlar. Amma, eyni zamanda, Azərbaycanda və xüsusilə Bakıda açılan yeni böyük müəssisələrdə və xidmət sektorundakı müəssisələrdə menecerlər, top menecerlər xaricilərdir. Bu, belədir. Mən demirəm ki, bu yaxşıdır, ya pisdir. Yenə deyirəm, Azərbaycan çox qonaqpərvər ölkədir, hər kəs üçün burada yer var və bunu alqışlayıram, onlar gəlirlər təcrübəni bölüşürlər. Amma, eyni zamanda, nə üçün xaricilərdir, çünki yerli kadrlar hələ ki, tam uyğun deyillər. Ona görə xaricdə aparıcı ali məktəblərdə təhsil alanlar gəlib burada həmin bu vakansiyalarda işləsinlər və Vətənə burada xeyir gətirsinlər", - deyə Prezident İlham Əliyev qeyd edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2472 Tarix: 02 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrAzərbaycanda "xruşşovka"ların sökülməsinə hazırlıq gedir?
Azərbaycan 2060-cı ilədək bütün mövcud və yeni binaların enerji səmərəliliyini artırmağı hədəfləyir. Ekspertlər bildirirlər ki, qərar hər binanın texniki vəziyyəti və bərpa imkanları əsasında verilməli, izolyasiya ilə söküntü məsələləri bir-birindən fərqləndirilməlidir. Azərbaycanın 2060-cı ilədək xali
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr