Avropanın indi Azərbaycana daha çox ehtiyacı var - TƏHLİL

Avropanın indi Azərbaycana daha çox ehtiyacı var - TƏHLİLAzərbaycan qazının Avropaya nəqlini həyata keçirən Cənub Qaz Dəhlizi Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin tamamlanması ilə artıq bir ildən çoxdur ki, tam istismardadır. Ötən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib və qazın Türkiyə, İtaliya, Gürcüstan, Yunanıstan və Bolqarıstana nəqli baş tutub.

Hazırda isə qaz hasilatının, ixracın və dəhlizin əhatə dairəsinin genişləndirilməsi aktualdır. Bu və digər məsələlərin müzakirəsi ilə bağlı fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirildi. Toplantıda Cənub Qaz Dəhlizi ilə bağlı nailiyyətlər və perspektivlərlə yanaşı yeni enerji bazarları, dəhlizin Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi və enerji keçidi - karbohidrogen mənşəli yanacaqlardan istifadənin, metan tullantılarının azaldılması da müzakirə edildi.

Danışıqların istiqamətindən belə nəticə çıxartmaq olar ki, ilk növbədə əsas məqsəd Cənub Qaz Dəhlizinin ötürücülüyünün və əhatə dairəsinin genişləndirilməsidir. Bu səbəbdən yaxın vaxtlarda "Şahdəniz" yatağından da hasilatın artırılmasında təkidlidir. Görünən odur ki, Azərbaycan da bu artan tələbi qarşılamağa hazırdır.

Azərbaycan enerji mənbələrini genişləndirməklə qaz hasilatını və ixracı artıracaq

Fevralın 4-də Bakıda baş tutan iclasda ötən illə müqayisədə daha çox sayda ölkə və şirkətlərin iştirak etməsi yeni bazarlarda Azərbaycan qazına ehtiyac olduğunu göstərir. Azərbaycan isə Avropanın artan enerji tələbatını qarşılamağa hazırdır. Buna görə də növbəti dövrdə paralel olaraq hasilatı artıracaq.

Toplantıda tezliklə ən böyük qaz kondensatı yataqlarından olan "Abşeron"da hasilata başlanılacağının anonsu verildi. O cümlədən, "Babək" yatağının 400 milyard, "Ümid" yatağının 200 milyard kubmetrlik qaz ehtiyatları nəzərə çatdırılaraq tezliklə "Azəri-Çıraq-Günəşli"dən istismara verilməsi gözlənilən dərin qaz hissəsində yüz milyardlarla kubmetr mavi yanacaq olduğu vurğulandı.

Ölkənin təsdiq edilmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr və ən böyük yataq olan "Şahdəniz"in ehtiyatları bir trilyon kubmetr olduğu qeyd edildi. Yeni yataqların kəşfi və yeni texnologiyalar sayəsində bunun daha da çox ola biləciyi diqqətə çatdırıldı. Bununla da Azərbaycan mövcud ehtiyatları ilə Avropanın enerjiyə olan tələbinin qarşılana biləcəyi elan etdi.

İndi Azərbaycan Avropa İttifaqı üçün ən etibarlı alternativ enerji təchizatçıdır

Bu gün dünyada artan enerji tələbinə uyğun olaraq qiymətlər də artır. Buna görə də Avropanın əlavə qaz mənbəyinə ehtiyacı var. Bununla da Avropa enerji təchizatında bir və ya bir neçə ölkədən asılılığı azaltmış olacaq.

Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizinin davamlı uğur hekayəsi olduğunu vurğulayır. İndi Avropa dəhlizin öz ötürücülük qabiliyyətinin artırılmasında daha çox maraqlıdır. Hətta coğrafi baxımdan dəhlizin genişləndirilməsi məsələsi belə araşdırılır.

"Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. ... Enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar", - xanım Simsonun bu çıxışı Avropada hazırkı vəziyyətlə bağlı aydın mənzərə yaradır, həm də Avropanın mövcud geosiyasi gərginlik fonunda Azərbaycanı alternativ və etibarlı təchizatçı kimi gördüyünü sübut edir.

Qaz təchizatında alternativ mənbələr Avropa üçün indi daha çox vacibdir. Ukrayna və Rusiya arasındakı siyasi gərginlik Avropanın qaz təhlükəsizliyini bir qədər sual altında qoya bilər. Çünki Avropa qaz idxalında müəyyən qədər Rusiyadan asılıdır.

Yaxın zamanda qaz təchizatının Qərbi Balkanlara doğru genişləndirilməsi prioritet olacaq. Çünki, Kadri Simson çıxışında da bildirdi ki, bu ölkələrdə kömürdən daha çox dekarbonlaşdırılmış sistemə keçid önəmlidir, hətta bu təcili xarakter daşıyır, çünki kömürdən istifadə edən stansiyaların istismar müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir.

2022-ci ilin iyulunda artıq dəhlizin ötürücülüyünün nə qədər artırıla biləcəyi ilə bağlı nəticələr açıqlanacaq ki, bu da Avropa nümayəndəsinin də vurğuladığı kimi Aİ üçün olduqca əhəmiyyətlidir.

Azərbaycan alternativ - "yaşıl enerji"yə keçid hazırlığında da Avropaya dəstək verəcək

Toplantıda, Avropanın növbəti onillikdə tam genişmiqyaslı hidrogen bazarının formalaşdırılmasına diqqət yetirəcəyi vurğulanıb. Qeyd edilib ki, Avropa böyük hidrogen bazarıdır və üçüncü ölkələrdən idxala açıqdır. Bu, Azərbaycan üçün bir növ ismarış xarakteri daşıyır. Çünki hazırda Cənub Qaz Dəhlizi ilə hidrogenin nəqli də araşdırılır.

Həmçinin Avropanın karbondan azad gələcəyində Azərbaycanla enerji sahəsində uzunmüddətli strateji əməkdaşlığa ehtiyac olduğu görünür. Əslində, Azərbaycan öz "yaşıl enerji" siyasətinə münasibətdə çox işlər görüb. Son illər ərzində xüsusilə alternativ enerji mənbələrinə əhəmiyyətli investisiyalar edilib. Ölkəmiz həm də elektrik enerjisini ixrac edir və ixracda daha da uzağa, Avropaya qədər gedə biləcəyini istisna etmir.

Əslində, Azərbaycan Avropa üçün prioritet təşkil edən məsələlərin həllini illərdir ki, araşdırır və artıq reallaşdırmağa başlayıb. Toplantıda da qeyd edildiyi kimi, "yaşıl enerji" strategiyamız hazırda təkcə qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir.

Nəticə olaraq Azərbaycan qaz hasilatını növbəti dövrdə daha da artıracaq. Bu, ölkədaxili artan tələbin də qarşılanması deməkdir. Həm də iqtisadiyyatımız üçün artan ixrac, artan gəlir deməkdir. Digər tərəfdən isə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunun genişlənməsi onun regionda geosiyası mövqeyinin də möhkəmlənməsi göstərir. Həmçinin, görünən odur ki, Azərbaycan alternativ və bərpa olunan enerji ixracında da olduqca iddialıdır.

Nigar Məmmədova


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1077   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Prezident: "Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Video

"44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan birliyini bir daha göstərdi". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Müharibədən sonra Şuşada tarixi Şuşa Bəyannaməsinin imzalandığını xatırlada

8 noyabr
.

Aİ səfiri Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etti

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mariyana Kuyundziç Azərbaycanı Dövlət Bayrağı Günü ilə bağlı təbrik edib. "Yeni Sabah" xəbər verir ki, bu barədə onun "X" hesabında paylaşım edilib. "Bu gün, Aİ nümayəndəliyi ölkənin müstəqilliyinin, birliyinin və mill

9 noyabr
.

Türkiyə Prezidenti Ankara ilə Bakı arasındakı münasibətləri "sönməz məşəl" adlandırıb - Video

"Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpası və inkişafı istiqamətindəki səylər Türkiyədə diqqətlə izlənilir. Qarabağın irsinin bərpası xalqın gələcəyə inamının parlaq sübutudur". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbayca

8 noyabr
.

Ölkə başçısı: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

"Bu gün artıq Ermənistanla Azərbaycan arasında normallaşma prosesi gedir və ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatında səsləndirib. Dövlətimizi

8 noyabr
.

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıcı televiziya kanalları, xəbər agentliklər

8 noyabr
.

Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq

Noyabrın 12-də Bakıda ticari-iqtisadi sahədə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş Azərbaycan-Qana biznes forumu keçiriləcək. "Africa-Azerbaijan Cooperation"a (AFAZ) istinadən xəbər verir ki, Azərbaycan və Qana arasında qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrini

9 noyabr
.

Azərbaycanın və Türkiyənin birinci xanımları çay süfrəsi arxasında söhbət ediblər - Foto

Noyabrın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan ilə çay süfrəsi arxasında söhbət ediblər. xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb

8 noyabr
.

Binəli Yıldırım: "Azərbaycan-Türkiyə əlaqələrini zəhərləmək üçün göstərilən səylər puça çıxdı" - Video

"Azərbaycan və Türkiyə arasındakı əlaqələri zəhərləmək üçün göstərilən səylər bu gün Şuşada puça çıxdı". xəbər verir ki, bunu "Haber Global" telekanalına Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiy

8 noyabr