Azərbaycan və Gürcüstan arasında tarixi əlaqələr dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir

Azərbaycan və Gürcüstan arasında tarixi əlaqələr dövlətlərarası əlaqələr üçün möhkəm zəmindirAzərbaycan və gürcü xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız hər zaman bu əlaqələri qoruyub saxlayıb və inkişaf etdiriblər. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra da münasibətlər inkişaf etməkdə davam edib. Bu münasibətlərin möhkəmlənməsində hər iki dövlətin rəhbərlərinin böyük rolu olub.
Azərbaycan və Gürcüstan arasında dostluq və qardaşlır əlaqələrinin möhkəmlənməsi və inkişafinda növbəti addım aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Respublikasına işgüzar səfəri olmuşdur.
Qeyd edilməlidir qonşu Gürcüstanla əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olub. Ötən dövr ərzində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Bu gün hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər biribirinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır. İnvestisayalar sahəsində əməkdaşlıq yaxşı dinamika mövcuddur. Gürcüstan Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və Azərbaycanın Gürcüstana ən çox sərmayə yatıran ölkədir və ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub.
İki ölkə arasında neft-qaz sahəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. SOCAR tərəfindən Gürcüstanda böyük layihələr həyata keçirilir, yeni layihələr hazırlanır. Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdiyi meqalayihələr regional əməkdaşlıqğın uğurlu nümunəsi olaraq qalmaqdadır. Bu layihələr Cənubi Qafqazın transformasiyasına xidmət etir və bölgənin enerji və nəqliyyat xəritəsini dəyişdirib. Çox böyük əhəmiyyət kəsb edən Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasında hər iki ölkənin önəmli rolu olub. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsü salınmağa başlanılıb.
Bu gün nəqliyyat-tranzit sahəsi ikitərəfli əməkdaşlığın ən vacib istiqamətlərindən biridir. Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işə salınması üçün birgə səylər artmaqdadır. Azərbaycanın əlavə sərmayəsi və Gürcüstan tərəfinin səyləri nəticəsində bu yolun yükaşırma qabiliyyəti 1 milyon tondan 5 milyon tonadək artırılıb. Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 12 ölkəyə öz təbii qazını ixrac edir və ildən-ilə bu ixrac artır. Bu gün Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.
Orta Dəhlizin mühüm halqası olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal işlər aparılır.
İki dövlət arasında kənd təsərrüfatının müxtəlif istiqamətlərində, o cümlədən kənd təsərrüfatı və emalı məhsulları üzrə qarşılıqlı ticarət, bitki mühafizəsi, baytarlıq və digər sahələrdə uğurlu əməkdaşlıqdan və təcrübə mübadiləsi aparılır.
Mədəni-humanitar sahədə də əməkdaşlıq əlaqələri uğurlu nəticələr verir. Belə ki, 2023-cü ildə Gürcüstanda baş nazirlərin iştirakı ilə Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının yeni binasının təməlqoyma mərasiminin keçirilib. Mədəni-humanitar mübadilənin və təhsil sahəsində əməkdaşlıq əlaqələri genişlənməkdədir.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana dövlət səfərinə gəlib. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tbilisidə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə təbətək görüşlər keçirib və sonra Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə birgə mətbuata bəyanatlarla çıxış edib.
Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib ki, bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir. Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: "Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir".
Dövlətimizin başçısı qeyd edib ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da inamla inkişaf edəcək. "Biz bütün beynəlxalq təşkilatlarda da hər zaman bir birimizi dəstəkləyirik. Cənab Baş nazir qeyd etdiyi kimi, hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərimizin toxunulmazlığını dəstəkləmişik, dəstəkləyirik və dəstəkləyəcəyik", - deyə dövlətimizin başçısı bildirib.
Bildirilib ki, bu gün nəqliyyat dəhlizlərinin genişləndirilməsi istiqamətində işlər aparılır. Dövlətimizin başçısı əlavə edib ki, Orta Dəhliz Azərbaycan və Gürcüstan ərazisindən keçir və bu, bizim üçün əsas nəqliyyat damarıdır. Bunu genişləndirmək üçün əlavə səylər də göstərilir və göstəriləcək.
Vurğulanıb ki, bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və Cənubi Qafqazda yerləşən ölkələr bu imkanları əldən verməməlidir. Çünki bu gün sülh, təhlükəsizlik, əmin-amanlıq, sabitlik əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində pozulur və bunun nəticəsində qanlı toqquşmalar, müharibələr, əzab-əziyyət və itkilər baş verir. "Cənubi Qafqazda da vaxtilə buna oxşar mənzərə mövcud idi. Amma bu gün Cənubi Qafqaz artıq sülh, əmin-amanlıq, təhlükəsizlik və əməkdaşlıq məkanına çevrilir", - deyə dövlətimizin başçısı əlavə edib.
Öz növbəsində Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatında Prezident İlham Əliyevin Gürcüstanın dəyərli dostu olduğunu və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman Gürcüstan üçün böyük şərəf olduğunu söyləyib. Baş nazir qeyd edib: "Biz fürsətdən istifadı edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik". Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur.
"Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə iştirak edir", - deyə Baş nazir vurğulayıb.
Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevə dünya səviyyəsində, o cümlədən regionda olan hörməti və nüfuzunu bir daha nümayiş etdirir.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan və Gürcüstan arasında tarixi əlaqələr dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 579   Tarix: 06 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyevin prezidentliyinin 23 ili: Azərbaycanın güc amilləri, strateji seçimləri və gələcəyin çağırışları

2026-cı il oktyabrın 15-də İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən 23 il ötür. Bu tarix Azərbaycanın müasir siyasi tarixinin mühüm mərhələsini təhlil etmək, dövlətin inkişaf istiqamətlərini, geosiyasi mövqeyində baş verən dəyişiklikləri və qarşıdakı dövrün əsas çağırışların

14 oktyabr
.

Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

"Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatında söyləyib. Sərmayələrimizin coğrafiyasının da genişləndiyini qeyd edən dövlətimizin başçısı deyi

13 oktyabr
.

Azərbaycan Asiyada etimad coğrafiyasını genişləndirir

Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub qovşağında mərkəzi həlqə funksiyasını daşıyan Azərbaycan qitə dövlətləri ilə əməkdaşlıq formatını fərqli, tamamilə strateji səviyyəyə qaldırır. Rəsmi Bakının Asiya qitəsinə yönəlmiş fəal xarici siyasət doktrinası sadəcə uzaq şərq istiqaməti ilə məhdudlaşmır, mərkəzind

14 oktyabr
.

Azərbaycan Cənub-Şərqi Asiya dövlətləri ilə əlaqələrini daha da genişləndirir

Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir. Belə ki, Cənub-Şərqi Asiya dövlətlərindən biri olan Kamboca ilə münasibətlərin inkişafı da məhz bu siyasətin tərkib hissəsidir. Həmçinin oktyabrı

14 oktyabr
.

Hakan Fidan Azərbaycana gəlir

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfər edəcək. Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. O, sabah Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci sammitində iştirak edəcək

14 oktyabr
.

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Oktyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış ediblər. bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir. 11:32. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Laos Xalq Demokrati

13 oktyabr
.

Prezident: "Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

"Böyük Qayıdışa dair Dövlət Proqramının növbəti ikinci mərhələsində əsas məqsəd yaradılmış imkanlar əsasında özəl investisiyaları, daimi məşğulluğu və ixracyönümlü istehsalı daha da genişləndirmək, Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatında yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir"

14 oktyabr
.

Prezident İlham Əliyev Vyetnamın vitse-prezidenti ilə görüşüb - Foto

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı Vyetnamın Vitse-prezidenti Vo Thi An Suanın Asiyada Qarşılıql

14 oktyabr
.

Azərbaycanın ixrac imkanlarını genişləndirə biləcək əlaqələr

Azərbaycanla Kamboca arasında iqtisadi əməkdaşlıq hələ geniş miqyas almasa da, bu sahədə potensial imkanlar mövcuddur. 2025-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 2024-cü illə müqayisədə 20 faizdən çox artaraq 12,7 milyon dollar təşkil edib. Bununla belə, əməkdaşlığın genişləndirilməsi üçü

13 oktyabr