Məsciddə qorunan 150 illik çıraq - VİDEO
Salyanın Mirəşrəf ağa məscidində qorunub saxlanılan, uzunluğu 1 metr, ağırlığı 70 kiloqram olan çırağın 150-dən çox yaşı var. Həmin çıraqla eyni formalı çırağın taleyi barədə isə məlumat yoxdur.
Xeyriyyəçi usta Hacı Tağı 110 il əvvəl Mirəşrəf ağa məscidini tikdirib istifadəyə verən zaman Rusiyada hazırlanan həmin çıraq da məscidə bağışlanıb. Həmin vaxtda belə çırağın istehsal tarixi 30-40 il əvvələ aid olub. Nəhəng çıraqdan həm istilik, həm də işıqlandırma məqsədilə istifadə olunub. Çıraq 110 il əvvəl tavana asıldığı kimi yeri dəyişdirilmədən bu günə qədər qorunub saxlanılıb.
Ötən əsrin 50-ci illərinə kimi istifadə olunan çıraq yalnız neftlə işlədiyindən yanacağın doldurulması üçün çırağın endirilib-qaldırılması zamanı xüsusi qurğudan istifadə olunur. Qış aylarında isə yarıendirilmiş formada saxlanılan çıraq məscidi tam istiliklə təmin edə bilir.
Rusiyadan gətirilmiş çıraqlardan digərinin izləri isə ötən əsrin 90-cı illərində yoxa çıxıb və bu günədək çırağın taleyi naməlum olaraq qalır.
Ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1449 Tarix: 05 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabrMaşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyyat hadisələrini
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabr