Milli Qəhrəman Mübariz İbrahimovun ad günüdür
Bu gün Azərbaycan Ordusunun giziri, Milli Qəhrəman Mübariz İbrahimovun anım günüdür.
Sonxeber.az xəbər verir ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci ildə fevral ayının 7-də Biləsuvar rayonu, Əliabad kəndində anadan olub. 1994-2005-ci illər ərzində orta təhsilini Əliabad kəndində başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə xidmət edən İbrahimov 2007-ci ildə çavuş rütbəsində hərbi xidməti başa vurub. O, 2009-cu ildə yenidən öz istəyi ilə cəbhə bölgəsində gizir rütbəsində xidmət göstərməyə başlayıb.
İyunun 19-u 2010-cu ildə, saat 23:30 radələrində heç kimə xəbər vermədən gedən Mübariz İbrahimov düşmənin üzərinə yeriyir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir, sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür və səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur.
Mübariz İbrahimov şəhadətə yürüməzdən öncə valideynlərinə son məktub yazmağı da unutmur. Məktubun əlyazması belədir:
"Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam – ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin".
Elə həmin ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı" adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalanıb.
Bundan başqa, Azərbaycanın Milli Qəhrəmanı 2010-cu ildə Azərbaycanda "İlin adamı" təyin olunur.
Azərbaycan xalqı öz Milli Qəhrəmanı Mübariz İbrahimovu yalnız doğum və şəhid olduğu gün deyil, hər zaman böyük hörmət və iftixarla anır.
Allah rəhmət etsin!
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı