ŞOK: "Koronavirus xəstələri iybilmə hissini əbədi itirə bilərlər" - Mütəxəssislər açıqladı
"COVID-19-dan əziyyət çəkən xəstələr sonradan iybilmə qabiliyyətini əbədi olaraq itirə bilərlər".
Lent.az-ın məlumatına görə, bunu otolarinqoloq, tibb elmləri namizədi Vladimir Zaitsev yerli mətbuata açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, əgər insan iybilmə qabiliyyətini tamamilə itiribsə və koviddən bir il sonra qoxu hissi geri qayıtmayıbsa, bu mənfi hal ömrünün sonuna qədər davam edəcək: "Əgər mərkəzi sinir sistemi zədələnirsə, o zaman xəstəyə kömək etmək mümkün olmayacaq".
O əlavə edib ki, qoxu hissini bir ildən artıq müddətdə bərpa etmək ehtimalı çox azdır.
Digər otolarinqoloq İvan Leskov da həmkarı ilə eyni fikirdə olduğunu deyib: "İnfeksiya iybilmə reseptorlarını və ya sinir uclarını dəstəkləyən hüceyrələrə təsir edərsə, insan qoxu hissini itirə bilər. Belçikalı alimlərdə bu qənaətə gəliblər. İtaliyal tədqiqatçılar sağalma müddətini 80 gün, almanlar isə 100 gün qeyd edirlər. Amma elə olur ki, insanlar bundan sonra da qoxuları geri qaytarmırlar. Belə olduqda, təəssüf ki, iybilməni bərpa etmək ehtimalı çox azdır".
Bununla belə, Leskov əlavə edib ki, qoxu analizatoru ilə əlaqəli ikinci bir variant var. O, belə problemlər yaşandıqda otolarinqoloqla deyil, nevropatoloqla əlaqə saxlamağı tövsiyə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1235 Tarix: 07 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021