Amerikalıların Sevgililər gününə xərcləri bu il 175,4 dollara yüksələ bilər
Bu il Sevgililər günündə (14 fevral) amerikalıların adambaşına orta xərcləri keçən ilki 164,76 dollardan 175,41 dollara yüksələ bilər.
Sonxeber.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Pərakəndə Federasiyasının (NRF) keçirdiyi sorğunun nəticələrindən məlum olub.
Ölkədə ümumi xərclər 2021-ci ildəki 21,8 mlrd. dollara qarşı 23,9 mlrd. dollar təşkil edəcək. Beləliklə, amerikalıların xərcləri 2020-ci ildə qeydə alınmış rekorda (27,4 mlrd. dollar) yaxınlaşıb və Sevgililər günü münasibətilə hədiyyələrə ən yüksək xərclərdən biri kimi ikinci yeri tutub.
Sorğuda iştirak edən amerikalıların yarıdan çoxu (53%) bu il Sevgililər gününü qeyd etməyə hazırlaşdığını bildirib. Eyni zamanda, onların 76%-i pandemiyanın hazırkı vəziyyətini nəzərə alaraq, bu günün qeyd olunmasını vacib hesab edib.
Sevgililər üçün ən populyar hədiyyələr sırasında şirniyyat (respondentlərin 56%-i tərəfindən seçilir), açıqcalar (40%) və çiçəklər (37%) yer alıb.
Respondentlərin təxminən üçdə biri sevgililəri ilə evdən kənarda – restoranlarda, kinoteatrlarda, teatrlarda və digər yerlərdə vaxt keçirməyi planlaşdırır. Keçən il bu göstərici 24%-ə bərabər olub. Bunun ümumi dəyərinin 4,3 mlrd. dollar olacağı gözlənilir.
Sorğuda iştirak edən amerikalıların 22%-i sevgililərinə zinət əşyası hədiyyə etmək niyyətində olduğunu bildirib. Bu hədiyyəyə xərclənən vəsait 6,2 mlrd. dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da NRF tarixində ən yüksək göstəricidir. Ötən il bu rəqəm 4,1 mlrd. dollar olub.
Bu arada, onlayn mağazalar hədiyyə almaq üçün ən populyar yerlərə çevrilib. Belə ki, respondentlərin 41%-i məhz sözügedən mağazalara müraciət edib. Sorğu iştirakçılarının 32%-i hədiyyələri supermarketlərdən alıb, 28%-i endirimlərdən istifadə edib, 18%-i kiçik və orta biznesin, 17%-i isə floristlərin xidmətlərindən istifadə edib.
Xatırladaq ki, sorğu yanvarın 3-dən 11-dək NRF və "Prosper Insights" tərəfindən 7 728 amerikalı arasında aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşu xiyarların xarab olmaması üçün nə etməli?
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
"Qafqaz əsiri"nin ulduzu da "qara siyahı"ya salındı
8 Noyabr xalqımızın milli qürurunun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Aygün Kazımovadan Namiqə ad günü təbriki - Foto
Pensiyalar bu tarixdə ödəniləcək
Prezidentdən Draqan Vladisavljeviç ilə bağlı Sərəncam
Xankəndidə Prezidentin adından ziyafət verildi - Fotolar
"Zəfərdən sonra Azərbaycan qarşısında yeni tarixi vəzifələr yarandı" - millət vəkili Səbinə Salmanova
Süni intellekt üz fotosundan xərçəng xəstələrinin ölüm riskini müəyyən edir
"Qarabağ öz gözəliyi ilə görənləri heyran edir" - millət vəkili Müşfiq Cəfərov
Prezidentdən Zəfər Günü müraciəti: "Heç kim Azərbaycana zərər vermək barədə düşünməməlidir"
Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı