Kürün suyundan qənaətli istifadə mexanizmi yaradılacaq
Baş nazirin müavini, Su ehtiyatlarından səmərəli istifadə üzrə Komissiyanın sədri Şahin Mustafayevin rəhbərliyi ilə Komissiyanın 15-ci iclası onlayn formada keçirilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Toplantıda Azərbaycan Respublikası Prezidentinin 27.07.2020-ci il tarixli 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı"na əsasən su və su təsərrüfatı obyektlərindən nəzarətdənkənar istifadənin aradan qaldırılması, uçotun təkmilləşdirilməsi və nəzarətin təmin edilməsi istiqamətində verilmiş tapşırıqların icrası ilə bağlı görülmüş tədbirlər barədə Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarının, habelə aidiyyəti yerli icra hakimiyyəti orqanlarının məruzələri dinlənilib və müzakirələr aparılıb.
Müzakirələrin nəticəsinə əsasən Mingəçevir su anbarından başlayaraq Kür çayının mənsəbinə qədər Kür çayı hövzəsi üzrə su ehtiyatlarından səmərəli və qənaətli istifadəni və məsələnin həllinə kompleks yanaşmanı təmin etmək məqsədilə inteqrasiyalı idarəetmə mexanizminin tətbiqinə dair Komissiyada təmsil olunan müvafiq dövlət qurumlarına və aidiyyəti yerli icra hakimiyyəti orqanlarına zəruri tapşırıqlar verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 679 Tarix: 07 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabrBayram günlərində "Bakmil" stansiyasının iş qrafiki açıqlanıb
"Bakmil" stansiyasında bayram günlərində qatarların hərəkət qrafiki müəyyənləşdirilib. Bu barədə "Report"a Bakı Metropolitenindən məlumat verilib. Bildirilib ki, noyabrın 9-u və 10-da "Bakmil" stansiyasına və əks istiqamətdə hərəkət edən qatarlar şənbə və bazar günlərini
8 noyabrKombi istifadəçilərinin bilməli olduqları vacib məqamlar açıqlandı
Payızın gəlişi ilə havalar tədricən soyumağa, evlərdə isə kombilər yenidən işə düşməyə hazırlaşır. Soyuq günlərdə istilik problemi ilə üzləşməmək və yüksək kommunal xərclərdən yayınmaq üçün kombinin mövsüm başlamazdan əvvəl yoxlanılması vacibdir. Bəs kombiləri payız-qış mövsümünə necə hazırlamalıyıq
8 noyabrÖlkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabr