"Yeni fərman müsbət dəyişiklərə yol açacaq"-Espertdən AÇIQLAMA
Avtobusların gecikmələri, dayanacaqlarda olan monitorların çoxunun işləməməsi, yol həkət qaydalarını tənzimləyən işarələrin dayanacaqların yanında olması, bununla da dayanan avtobusun arxasında olan nəqliyyat vasitəsinin onu görməməsi və BNA-nın digər qüsurları həll olunacaqmı?
Nəqliyyat eksperti Rövşən Həsənov Sonxeber.az-a açıqlamasında bildirir ki, yerində və məqamında verilən bu qərar çoxsaylı qüsurların aradan qaldırılmasına hesablanıb:
"Bir qurumun digərinin tərkibinə verilməsi çox müsbət haldır. Ən azından hər şey optimallaşdırılır. Həm xərclər azalacaq, həm də yol hərəkətinin təşkilindəki çoxsaylı problemlər öz həllini tapacaq.
Məsələn, Bakı Şəhər İcra Hakimiyyəti bir dayanacaq quraşdırır, BNA isə həmin yerdə işıqfor qoyurdu. Bunlar ziddiyyət yaradırdı. Ona görə də bu iki qurumun birgə fəaliyyəti müsbət haldır və uğurlu nəticə verəcək.
Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri artacaq və bununla kifayət qədər problemləri olan BNA-nın qüsurları da aradan qalxacaq.
Çox güman ki, şikayət və təkliflərə yenə eyni qaydada BNA baxacaq, sadəcə bu dəfə fəaliyət tam təkmilləşdiriləcək.
Xatırladaq ki, Prezident İlham Əliyevin fərmanı ilə Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib. Eyni fərmanla "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi" Daxili İşlər Nazirliyinin tabeliyinə keçib.
Aygün Osmanlı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1002 Tarix: 08 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Prezident Xalq artistinə mənzil verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində
17 sentyabr 2021Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO
Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs
18 sentyabr 2021Rayonlara dolu düşüb, şimşək çaxıb
Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd
17 sentyabr 2021