"İndiki seriallar çox səviyyəsizdir" – Rasim Balayev ŞİKAYƏTLƏNDİ

"İndiki seriallar çox səviyyəsizdir" – Rasim Balayev ŞİKAYƏTLƏNDİBu gün Azərbaycanda kino sahəsi əksər ölkələrlə müqayisədə xeyli geridə qalır. Dövlət tərəfindən bu sahəyə diqqət göstərilməsinə baxmayaraq, kinomuz hələ də əvvəlki şöhrətini özünə qaytara bilməyib. Doğrudur, son dövrlərdə müxtəlif serial və filmlərin çəkilməsinin şahidi oluruq, lakin keyfiyyət və məzmun baxımında bu ekran işləri o qədər də böyük izləyici kütləsi toplaya bilmir, əksər hallarda tənqidlərə tuş gəlir.

Buna səbəb nədir? Niyə kino sahəsi inkişafdan geri qalır?

BAKU.WS xəbər verir ki, Azərbaycanın Xalq artisti Rasim Balayev mövzu barədə Modern.az-a fikrini bildirib. Aktyor qeyd edib ki, kino ilə əlaqəsi olmayan şəxslərin bu sahəyə gəlişi qəbuledilməzdir. Onun sözlərinə görə, ilk növbədə problemlərin kökündə kino sahəsindəki təsadüfi adamlar dayanır:

"Ölkədə tək-tük rejissor var. Sovet dövründə pis, yaxşı bir estafet vardı, sonra SSR-i dağılandan sonra ora da sıradan çıxdı, talandı. Bizə kino çəkmək üçün yer verirdilər, gənclər bu sahə üzrə Moskvada dərs alırdılar, sovet dönəmindən sonra bu zəncir qırıldı. Hazırda çəkdikləri seriallar çox səviyyəsizdir, bunu deyəndə acıqlarına gəlir, ancaq olanı deyirəm.

Kino ilə əlaqəsi olmayanlar kino çəkir, ssenari yazır. Elə bilirlər ki, kinonun öhdəsindən hamı gələ bilər, ancaq illərin təcrübəsinə dayanıb deyirəm ki, belə bir şey mümkün deyil, hər adam kino ilə başa çıxa bilməz. Əvvəllər Nazirlik səviyyəsində kino komitəsi var idi, sonra Mədəniyyət Nazirliyinin tərkibində bunu kiçik bir şöbəyə çevirdilər".

Sevilən aktyor xatırladıb ki, vaxtilə kinostudiyada 1200 nəfər çalışırdısa, indi bu say 10-15 nəfərə enib:

"Səviyyə, fərq bu saydan bilinir. O vaxt yaxşı dublyajlar edirdik, 4 film böyük ekran üçün, 4 film isə mərkəzi televiziyanın sifarişi ilə çəkirdik, indi belə şeylər yoxdur. 1990-cı ildən sonra 6 il Azərbaycan kinosu maliyyələşdirilmədi. Bayaq dediyim kimi, qırılan zənciri tapa bilmirik. O vaxt yaxşı ssenari yazanlardan biri sağ qalıb, o da Ramiz Fətəliyevdir. Hazırda onun ssenari yazıb-yazmadığından xəbərim yoxdur. Kinonun normal vəziyyətə gəlməsi üçün illərimizi vermişik, indi onu bərpa etmək üçün təcrübəli kadrların hazırlanmasına illər sərf etməlidir.

O vaxt gənc nəslə başqa cür yanaşılırdı, fərd kimi onlara, gördükləri işə qiymət verilirdi, bu gün isə bunlar yoxdur. Kinonun acınacaqlı vəziyyətdə olmasının səbəbi çoxdur. Savadlı, təcrübəli 5-10 nəfər gənci bir yerə toplayıb demirlər ki, ay bala, nə təklifiniz var, nə etmək istəyirsiniz. Kinoya bir eşq, bağlılıq var idi, gənclər az maaş alsalar da, həvəslə işləyirdilər. İndi bunlardan əsər-əlamət yoxdur".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1159   Tarix: 09 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO

Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar

8 noyabr
.

Ağdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib

Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli

8 noyabr
.

Bakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)

Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın

9 noyabr
.

Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə - İlham Əliyevin müraciətində Azərbaycanın yeni inkişaf strategiyası

8 Noyabr - Zəfər Günü Azərbaycan tarixinin ən möhtəşəm və taleyüklü hadisələrindən biridir. Bu tarix xalqımızın əsrlər boyu qəlbində yaşatdığı azadlıq və ədalət arzusunun reallığa çevrildiyi, milli iradənin, dövlətçilik əzminin və hərbi qüdrətin öz təsdiqini tapdığı gündür. Prezident, Müzəffər Ali Ba

9 noyabr
.

Vətən Müharibəsi qəhrəmanı döyüşün ən ağır anlarını xatırladı: "Şuşanın qala divarları bizə sipər oldu" - Foto

"Zəfər xəbərini ilk kiminlə bölüşdünüz?" Vətən Müharibəsi qəhrəmanına şagirdlərin ünvanladığı ilk sual bu idi. Bütün zalın cavabını maraqla gözlədiyi suala qəhrəman belə cavab verir:. "Şuşada idik. Noyabrın 9-dan 10-na keçən gecə, təxminən saat 2 radələrində atəşkəs elan olunduğunu dedilər

8 noyabr
.

Sabah Bakıda hava yağmursuz olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə

9 noyabr
.

Azərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında

8 noyabr
.

Üçrəngli bayrağımız - Azərbaycan dövlətçiliyinin, milli qürurun və müstəqilliyimizin rəmzi

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi yaddaşını, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə yaşadan müqəddəs dövlətçilik rəmzidir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli qürurunu, vətənə bağlılığını və müstəqil dövlətçili

9 noyabr
.

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər - Foto

Həmkarlar ittifaqlarının kollektivləri Zəfər abidəsini ziyarət ediblər. 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların kollektivləri Zəfər abidəsini ziyarət ediblər

8 noyabr