İki milyon manatdan satışa çıxarılan helikopterlərin xüsusiyyətləri hansılardır?
Xəbər verdiyimiz kimi, martın 1-də keçiriləcək hərraca dövlətə məxsus 3 helikopter çıxarılacaq. Hər 3 helikopterin ilkin start qiyməti 2 milyon manatdır və onlardan biri buraxılış ili 2009-cu il olan "Airbus EC-135P2", digərləri isə istehsal tarixi 2005-ci il olan "Airbus EC-155B1" markalı helikopterlərdir.
Sonxeber.az Oxu.Az-a istinadən məlumat verir ki, Hərracların Təşkili Mərkəzinin sədri vəzifəsini icra edən Emin Rəsulov AzTV-yə açıqlamasında satışa çıxarılan helikopterlərin xüsusiyyətlərindən danışıb.
O bildirib ki, özəlləşdirilməyə çıxarılan helikopterləri almaq istəyən şəxslər ilkin satış qiymətinin 10 faizi məbləğində (200 000 manat) behi ödəməklə hərracda iştirak edə bilərlər, istənilən tərəf hərracda qalib gəlmədiyi təqdirdə isə alınan beh məbləği ona geri qaytarılır.
"Bir ədəd 2009-cu il istehsalı olan helikopter biznes klasa aid 5 sərnişinin, digər 2 ədəd 2005-ci il istehsalı olan helikopter isə 12 sərnişinin daşınması üçün nəzərdə tutulub. Hazırda hərraca təqdim olunan EC-155B1 markalı iki helikopter 4700 saata qədər uçuş həyata keçirib. Helikopterlər 2015-ci ildən bu günə qədər konservasiya olunaraq saxlanılıb. EC-135P2 markalı helikopter isə cəmi 90 saat uçuş həyata keçirib. Alınan müddətdən 2015-ci ilə qədər bütün lazımı təmir işləri vaxtaşırı həyata keçirilib. Lakin artıq uzun müddət keçib və hava nəqliyyatlarının hərəkətini tənzimləyən qurğuların tələblərinə uyğun olaraq istənilən tərəf onu satın aldıqdan sonra müəyyən zəruri tədbirləri həyata keçirməlidir", - deyə o əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda çips vergiyə cəlb olunacaq
Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi
5 noyabrAzərbaycan İndoneziyaya neft satışından qazancını 3 dəfədən çox artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İndoneziyaya 356 min 500,04 ton xam neft ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 224 milyon 640,09 min ABŞ dolları təşkil edib. İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 2,7 dəfə, dəyər
29 oktyabrAzərbaycana hər birinin qiyməti 757 manat olan 30 həşərat gətirilib
Azərbaycana səkkiz ayda 86 milyona yaxın diri həşərat idxal edilib. Azərbaycana 2026-cı ilin yanvar-avqust aylarında xaricdən 85 milyon 901 min 650 ədəd diri həşərat idxal edilib. Bu məhsulların ümumi gömrük dəyəri 142.61 min ABŞ dolları (242.4 min manat) təşkil edib. rəsmi statistikaya istinadən xəbə
29 oktyabrBrent bir barel üçün 114,61 dollara düşdü
Yaxın Şərqdəki gərginliyin azaldılması ümidləri fonunda neft qiymətləri çərşənbə axşamı səhəri düşməyə davam etdi. xəbər verir ki, Londondakı ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri 1,2 dollar (1,02%) ucuzlaşaraq bir barel üçün 114,61 dollara düşüb. Bazar ertəsi günü Brent markal
27 oktyabrBu günə olan qızıl və gümüş qiymətləri
Azərbaycanda 3 noyabr 2026-cı il tarixinə olan rəsmi göstəricilərinə əsasən, qızılın və gümüşün qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, qızılın 1 unsiyası 6 634.3605 manat, 1 qramı 213.30 manat təşkil edib. 1 qram qızılın qiyməti 99 əyyar təmiz qızıl üçün 213.30 manat, 750 əyyar İtalya
3 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Azərbaycan bazarında 2026-cı il 29 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 6862.5005 manat, 1 qram qızılın orta qiyməti isə 220.63 manat təşkil edib. Əyarlara və mənşəyə görə 1 qram qızılın qiymət göstəriciləri təmiz qızıl (99 əyyar
29 oktyabrQızılın qiyməti rekorda çatdı
Ölkə bazarında 2026-cı 26 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, 1 unsiya qızılın qiyməti 7044.50 AZN, 1 qram təmiz qızılın qiyməti isə 226.49 manat təşkil edib. Pərakəndə satışda 750 əyarlı İtalyan qızılının qramı 170.03 manat, 585 əyyarlı Türk qızıl
26 oktyabrAzərbaycan 9 ayda dövlət zəmanətli borcunun məbləğini 24 % azaldıb
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət zəmanətli borcu 7 milyard 886 milyon manat (ÜDM-in 5,7 %-i qədər) təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 24 % azdır. bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, əhəmiyyətli dərəcədə azalmaya səbəb "Cənub Qaz Dəhlizi"
28 oktyabr