DVX: İxrac olunan təkrarsığorta xidmətlərinə 25 %-lik vergi güzəşti nəzərdə tutulur"
Azərbaycanda təkrarsığorta xidmətlərinin xaricə satışına vergi güzəştləri şamil ediləcək.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin baş idarə rəisi Nicat İmanov Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, ixraca yönəlmiş fəaliyyətin stimullaşdırılması gələcək dövrlər üçün vergi siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir:
"Bu istiqamətdə ölkədə istehsal olunan məhsulların xaricə satışından əldə edilən gəlirlərə mənfəət vergisi üzrə güzəşt tətbiq olunacaq. Güzəştin yuxarı həddi 25 % səviyyəsində müəyyənləşdirilir. Başqa sözlə, dövlət büdcəsinə hesablanıb ödənilməli olan mənfəət vergisi qədər azadolma nəzərdə tutulur. Bununla yanaşı, ölkə daxilində göstərilən xidmətlərin ixracını həyata keçirən vergi ödəyicilərinə də həmin fəaliyyət üzrə 25 % vergi güzəşti tətbiq ediləcək".
N. İmanov vurğulayıb ki, təkrarsığorta xidmətləri də bu güzəştin əhatə dairəsinə aid edilir: "Beləliklə, sığorta xidmətlərinin ixracından əldə olunan gəlirlərə də müvafiq vergi güzəşti şamil olunacaq".
Azərbaycanda mənfəət vergisi 20 % təşkil edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Naxçıvana dotasiya 6 %-dən çox azaldılır
2027-cı ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 198 milyon manatı və yaxud 0,5 %-i Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşəcək. bu barədə "2027-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinə istinadən xəbər verir. Məlumata görə, bu, 2026-cı ilin təsdi
23 oktyabrQızıl bazarında son vəziyyət
Qızıl bazarında 2026-cı il 23 oktyabr tarixinə olan qızılın qiyməti açıqlanıb. "Yeni Sabah" xəbər verir ki, müxtəlif əyarlı və mənşəli qızılların qiymətlərində dinamika müşahidə olunur. Satışda olan qızıl məmulatlarının qiymətləri əyarına və istehsalçı ölkəyə görə fərqlənir. Məlumata görə
23 oktyabrBakı metrosunda NFC ilə 74 milyona yaxın ödəniş həyata keçirilib
Son 1 ildə "Bakı Metropliteni" QSC-də NFC ilə 73 milyon 889 min 384 ödəniş həyata keçirilib. Bu barədə -a səhmdar cəmiyyətindən məlumat verilib. Bildirilib ki, bu, ümumi ödənişli sərnişinlərin 63,8 %-ni təşkil edir. NFC-dən ən çox istifadə 8 milyon 57 min 376 ödənişlə 2026-cı ilin aprel ayınd
4 noyabrAzərbaycanda ictimai iaşə dövriyyəsi 8 % artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bu barədə "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8 % çoxdur. Doqquz ayda özəl sektorda ictimai iaş
24 oktyabrAzərbaycanda bu balığın hər tonuna görə 2000 manat PUL VERİLƏCƏK
"2027-ci il yanvarın 1-dən balıqçılıq və akvakultura sahəsinə də subsidiyaların və güzəştlərin verilməsinə başlanılacaq". -a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, akvakultura və balıqçılıqda istifadə oluna
5 noyabrAzərbaycan tomat ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 143,1 min ton tomat ixrac edib. Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə tomatın dəyəri 172,3 milyon ABŞ dolları olub. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 0,9 min ton (0,6 %) az, dəyər baxımından isə 15,1 milyo
26 oktyabr