Azərbaycanda səhiyyə rəqəmsallaşdırılacaq
"Azərbaycanda səhiyyənin rəqəmsallaşdırılması ilə bağlı strategiya hazırlanır".
Sonxeber.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə məlumat verib.
O bildirib ki, 5 illik dövrü əhatə edəcək strategiyanın yaxın vaxtlarda aidiyyəti üzrə təqdim olunması planlaşdırılır:
"Beləliklə, səhiyyə sistemi də iqtisadiyyatın digər sahələri kimi rəqəmsallaşmağa başlayacaq".
"Rəqəmsal səhiyyə strategiyasının hazırlanmasının qarşıda duran yeddi məqsədi var. Onlardan biri də azad edilmiş ərazilər də daxil olmaqla ölkədə göstərilən tibbi xidmətlərin həcminin müəyyənləşdirilməsidir. Strategiya çərçivəsində irihəcmli layihələr də həyata keçiriləcək.
Məqsədlərimiz göstərilən tibbi xidmətlərinin yaxşılaşdırılması və vətəndaşların birbaşa cəlb olunması, digər dövlət qurumları ilə inteqrasiya edilmiş rəqəmsal səhiyyə infrastrukturunun yaradılması, müasir standartalara uyğun tibbi statistik məlumatlar bazasının yaradılması və təhlili, səhiyyədə şəffaflığın və səmərəliliyin artırılması, tədris kurikulumuna səhiyyə informasiya kommunikasiya texnologiyalarının daxil edilməsi və tibb işçilərinin rəqəmsal bacarıqlarının artırılması, yekunda isə ölkə səhiyyəsinin beynəlxalq reytinqdə yerinin yüksəldilməsidir", - deyə T.Musayev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1066 Tarix: 10 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAğdam, Füzuli və Xocavənddə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi tərəfindən bir sıra silsilə tədbirlər təşkil olunub. "Report" xəbər verir ki, tədbirlərin əsas məqsədi tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, gənc nəsildə vətənpərvərli
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrSabah Bakıda hava yağmursuz olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvə
9 noyabrAzərbaycan 9 ayda təxminən 33 milyon dollarlıq xurma ixrac edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 41 min 414,5 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xurmanın dəyəri 32,7 milyon ABŞ dolları olub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 6 min 311,9 ton (13,2 , dəyər baxımında
8 noyabr