Fevral ayında Azərbaycanda 10º şaxta qeydə alınıb
Azərbaycanın əksər bölgələrində fevral ayının birinci ongünlüyündə havanın orta temperaturu çoxillik iqlim normasından 2-6oC yüksək, yağıntısız və qeyri-sabit hava şəraiti müşahidə olunub.
Sonxeber.az xəbər verir ki, havanın dekadalıq orta temperaturu Maştağada 6.0oC, Mərkəzi Aran və Mil-Muğan bölgələrində 6-8⁰C, Lənkəran-Astara bölgəsində 7-10oC, Quba- Xaçmazda 2-4oC, Şəki-Zaqatalada 5-8oC, Dağlıq Şirvan bölgəsində 3-4ºC, Gəncə-Daşkəsəndə 0-8ºC, Qazax-Tovuzda 2-6⁰C, Qarabağ bölgəsində 8-9oC və Naxçıvanda 2,5oC təşkil edib.
Havanın minimum temperaturu Acınohurda 2ºC, Astarada 1oC, Maştağa və Lənkəranda 0ºC, Cəfərxan, Gəncə, Ceyrançöldə -2ºC, Göyçay, Zərdab, Şəki və Bərdə -3ºC, Qəbələdə -5 ºC, Şamaxı, İsmayıllıda -6ºC, Gədəbəydə -7⁰C, Daşkəsən, Quba və Naxçıvanda -8ºC, Mərəzədə -10⁰C qeydə alınıb.
Yağıntının dekadalıq miqdarı Quba-Xaçmazda 4-16 mm, Lənkəran-Astara bölgəsində Astarada 9 mm, Maştağa və Mərəzədə 2 mm qeydə alınıb. Naxçıvanda qar örtüyünün izi müşahidə edilib.
Nisbi rütubət Dağlıq Şirvan bölgəsində 56-86%, Gəncə-Daşkəsəndə 36-87%, Qazax-Tovuz bölgəsində 58-75%, Qarabağda 56-61%, Naxçıvan 71%, Maştağada 80%, Lənkəran-Astara bölgəsində 46-66%, Mil-Muğanda 55-71%, Şəki-Zaqatalada 41-64%, Quba-Xaçmaz bölgəsində 74-85%, Mərkəzi Aranda 54-59% təşkil edib.
Rütubət çatışmazlığı Dağlıq Şirvan bölgəsində 1-4 hPa, Gəncə-Daşkəsəndə 1-8 hPa, Qazax-Tovuz bölgəsində 2-5 hPa, Qarabağda 5-6 hPa, Naxçıvan HMS-da, Maştağa və Quba-Xaçmaz bölgəsində 2 hPa, Lənkəran-Astarada 2-5 hPa, Şəki-Zaqatala bölgələrində 4-7 hPa, Mil-Muğan 2-5 hPa, Mərkəzi Aranda 5 hPa olub.
Sürəti 15 m/san-dən yuxarı olan küləkli günlərin sayı Goranboyda 2 gün, küləyin maksimum sürəti 32 m/san, Daşkəsən və Tərtərdə 3-4 gün, maksimal sürət 28 m/san, Bərdədə 1 gün, maksimal sürət 25 m/san, Zərdab və Tovuzda 1-2 gün, maksimal sürət 24 m/san, Mərəzə və Göyçayda 2-5 gün, maksimal sürət 22 m/san, Şəki və Gəncədə 1-3 gün 20 m/san qeydə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1024 Tarix: 11 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşlar
9 noyabrMuxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır
Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb
8 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrBloqerlərdən Zəfər Gününə həsr olunmuş paylaşım - VİDEO
Bloqerlər Ruslan Ağayev və İnci Ağayeva Azərbaycanın tarixi Zəfər Gününə həsr olunmuş paylaşım ediblər. xəbər verir ki, milli geyimdə kamera qarşısına keçən bloqerlər Zəfər abidəsinin önündə və Qız qalasının qarşısında çəkiliş apararaq tarixi günə xüsusi ehtiramlarını ifadə ediblər. Onların lentə aldıqlar
8 noyabrAzərbaycan 9 ayda nar ixracından 6 milyon dollardan çox gəlir əldə edib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 6 min 391,45 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 6 milyon 132,62 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 631 ton (20,3 , dəyər baxımından isə
8 noyabrŞəhid anası: "Zəfərimiz onların sayəsində oldu"
"Hüseyn vətənini, torpağını sevən hərbçi idi. Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhid olanda 29 yaşı var idi. Evli idi, bir övladı yadigar qalıb. Şəhid olanda qızı altı aylıq idi. Zəfərimiz də onların sayəsində oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəf
8 noyabr