COVID-ə meydan oxuyan 4 ÖLKƏ

COVID-ə meydan oxuyan 4 ÖLKƏDünyada koronavirusun yayılma arealı və yoluxma sayı genişlənməkdə davam edir. Bu günə qədər 415 milyon insanın koronavirusa yoluxub və onlardan 5,85 milyon insanın dünyasını dəyişib. Mutasiya edən COVID-19-un yeni ştamları virusla mübarizədə çətinliklər yaradır. Amma dünyada pandemiyanın başladığı gündən bəri bir nəfərin də yoluxmadığı ölkələr var.

Rəsmi məlumatlara görə, 4 ölkədə bu günə qədər koronavirusa yoluxma qeydə alınmayıb.

Lent.az həmin ölkələri təqdim edir:

Martın 12-də prezident seçkilərinin keçirilməsinə hazırlaşana Türkmənistan koronavirusun qeydə alınmadığı yeganə postsovet ölkəsidir. Pandemiya başlayandan bəri ölkədən giriş-çıxışa ciddi məhdudiyyətlər qoyulub. Ötən ilin iyulun 7-də isə Türkmənistanda məcburi vaksinasiya kampaniyası başlayıb. Yaşı 18-dən çox olan hər kəs Rusiyanın "Sputnik V", "EpiVakKorona" və Çinin "SinoVac" vaksini ilə peyvənd olunur. 4,95 nəfər sakini olan Türkmənistanda əhalisinin 90%-ə yaxını vaksin olunub. Ölkə sahəsinə görə (488 min kvadrat kilometr), koronavirusun rəsmən qeydə alınmadığı ən böyük ölkədir.

Dünyanın ən qapalı ölkəsi adlandıra biləcəyimiz Şimali Koreya da pandemiyanın başlanmasından ötən 2 il ərzində koronavirusa rəsmi yoluxmanın qeydə alınmadığı ölkələrdən biridir. Virusun yayılmağa başladığı ilk günlərdən Şimali Koreyada sərt karantin tədbirləri və insanların hərəkət məhdudiyyəti tətbiq olundu. Xaricdən gətirilən məhsullar isə dezinfeksiya edilməyə başlanıldı. Bütün müəssisələrin girişində hərarətin ölçülməsi ilə yanaşı, insanlardan maska ilə gəzmək, iaşə obyektlərində 5 nəfərdən artıq toplaşmamaq qadağası və saat 21:00-dan sonra hər kəsin evində olması tələbi yer alıb. Humanitar təşkilatlar bu günə qədər Şimali Koreya Xalq Demokartik Respublikasına 8,12 milyon doza vaksin ayırıb. 120,5 min kvadrat kilometr sahəyə, 25,9 milyon əhalisi olan ölkə COVID-19-un rəsmən qeydə alınmadığı ən böyük iki ölkədən biridir.

Koronavirusun olmadığı sonuncu iki ölkə isə Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Okeaniyada yerləşən Nauru və Tuvalu dövlətləridir. 10,058 sakini olan Nauru Respublikası 21 kvadrat kilometr əraziyə malik cırtdan dövlətdir. Sakt okeanda yerləşən ada dövlətinə ən yaxın quru ərazisi 320 kilometr uzaqlıqda olan Banaba adasıdır. Coğrafi mövqeyi koronavirusdan qorunmaq üçün əlverişli olsa da, Nauruda pandemiya başlandığı andan ciddi təhlükəsizlik tədbirləri görülür. Xaricdən gələn vətəndaşlar PZR testi verməli, iki həftə karantində gözləməli idi. Eyni zamanda xarici ölkələrlə aviasiya reyslərinin sayı minimuma endirilmiş, əhalinin kütləvi vaksini həyata keçirilib. 2021-ci ilin mayında Nauruda əhalinin vaksinasiya tam şəkildə başa çatıb. Prosedur ölkədə olan xarici turistlər üçün də məcburi qaydada həyata keçirilib. Cəmi 14 ixtisaslı həkimin olduğu Nauru həm coğrafi uzaqlığı, həm ərazi və əhali sayının azlığı, həm də koronavirusa qarşı qabaqlayıcı tədbirlər hesabına pandemiyanın fəsadlarını hiss etməyib. Nauru Respublikası koronavirusun qeydə alınmadığı ərazicə ən kiçik ölkədir.

Sakit Okean hövzəsində yerləşən Tuvalu dövləti COVID-19-a yoluxmanın qeydə alınmadığı 4-cü dövlətdir. Tuvalu da Nauru kimi ərazisinin (26 kvadrat kilometr), əhalisinin (11,2 min nəfər) azlığı və coğrafi mövqeyinin uzaqlığı ilə seçilir. Ötən ilin martından Tuvaluda fövqəladə tədbirlər görülməyə başlanıldı və fövqəladə vəziyyət elan olundu. Ölkəyə giriş-çıxışa qoyulan qadağa ilə yanaşı, sərt karantin tədbirləri görüldü. Zəruri məhsullar gətirən təyyarə və gəmilərdən başqa, bütün digər nəqliyyat vasitələrinin ölkəyə girişinə qadağa qoyuldu, ölkədə kütləvi vaksinasiya başlandı. Hazırda ölkədə vaksinasiya səviyyəsi 60%-dən çoxdur. Tuvaluya səfər etmək istənilən şəxs tam vaksinasiyadan keçməsinə dair sertifikat təqdim etməli, PZR testi verməli, son 6 ayda səfər etdiyi ölkələrin marşrutu barədə yazılı məlumat verməli və 2 həftə karantində qalmalıdır.


Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq   Baxılıb: 2051   Tarix: 16 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Protein niyə lazımdır?

Mütəxəssis bildirir ki, günorta saatlarında yaranan halsızlıq və enerji azalmasının əsas səbəblərindən biri düzgün qidalanmamaqdır. Axşam.az xəbər verir ki, zülal və ya lif baxımından kasad olan nahar yeməkləri günün ikinci yarısında yorğunluq, diqqət dağınıqlığı və beyin dağınıqlılığı daha da artırır

1 noyabr
.

Qışda dəriyə qulluq zamanı edilən əsas səhvlər

İstilik mövsümündə mənzillərdə havanın quruması dərinin daha sürətlə nəm itirməsinə səbəb olur. Bu dövrdə isti su ilə yuyunmaq, skrablardan həddindən artıq istifadə etmək və dərini tez-tez təmizləmək isə qoruyucu baryeri zəiflədərək quruluğu daha da artıra bilər. Qaynarinfo xəbər verir ki, bu barəd

28 oktyabr
.

Gözlərə də soyuq olur

Soyuq hava yalnız dəriyə və tənəffüs yollarına deyil, gözlərə də təsir göstərə bilər. Xüsusilə qış aylarında və küləkli havalarda gözlərdə sulanma, qızartı, yanma, quruluq və narahatlıq hissi yarana bilər. Axşam.az xəbər verir ki, bəzi insanlar isə gözlərində sanki soyuqluq və ya sərin hava axını his

10 oktyabr
.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasında əlaqə olduğunu üzə çıxarıb. ABŞ-nin Oreqon Sağlamlıq və Elm Universitetini

24 oktyabr
.

Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı

Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf

13 oktyabr
.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmaya töhfə verə bilər. Üzümün əsas üstünlüklərindən biri antioksidantlarla zəngin olmasıdır

1 noyabr
.

Qrip mövsümündə nə yemək lazımdır? - Diyetoloq əsas qidaları açıqladı

Qrip mövsümü getdikcə güclənir və məhz bu dövrdə orqanizmin daxildən dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Diyetoloqlar immun sisteminin viruslara qarşı daha yaxşı mübarizə aparmasına kömək edən qida və içkiləri açıqlayıblar. Qaynarinfo xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb

14 oktyabr
.

100 yaşına qədər yaşamaq istəyənlər üçün 7 faydalı QİDA

Uzunömürlü olmaq istəyənlər gündəlik qidalanmalarına xüsusi diqqət yetirməlidirlər. Mütəxəssislər bəzi qidaların ürək-damar sisteminin, beynin və həzm orqanlarının sağlamlığının qorunmasında mühüm rol oynadığını bildirirlər. xarici mətbuata istinadən xəbər verir ki, həkim Darşan Şah 100 yaşına qədə

27 oktyabr
.

Ürək və beyin üçün ən faydalı çərəz

Qoz ürək, beyin və bağırsaq sağlamlığını dəstəkləyən faydalı qida məhsullarından biri hesab olunur. Üç diyetoloqun fikrincə, onun əsas üstünlüklərindən biri digər ağac çərəzləri ilə müqayisədə daha çox omeqa-3 yağ turşusu ehtiva etməsidir. xəbər verir ki, bu barədə "Real Simple" nəşri məluma

2 noyabr