Altı il əvvəl itkin düşən qadın evinin eyvanında tapıldı
Ukraynada altı il itkin hesab olunan qadın eyvanda beton qutuda tapılıb.
Sonxeber.az oxu.az-a istinadən məlumat verir ki, hadisə Kiyev şəhərinin Solomenski rayonunda olub.
Belə ki, qızı anasının eyvanını təmizləmək istəyib. Bu zaman orada zibilin altında betonla dolu uzun bir qutu görüb. Ondan qəribə qoxu gəlib. Qız dərhal polisə xəbər verib.
O, itkin anasının qalıqlarının qutunun içərisində ola biləcəyindən şübhələnib.
Hadisə yerinə gələn xilasedicilər və polis əməkdaşları qutunun içərisindən Oksana Sivakın meyitinin qalıqlarını aşkar ediblər.
Onun ölüm səbəbi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən ediləcək. Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başladılıb.
Oksana Sivak yoxa çıxanda 43 yaşında olub. Onun yanvarın 2-də evdən çıxaraq yoxa çıxdığı ehtimal edilirdi. Qadının 2016-cı ilin oktyabrında itkin düşdüyü bildirilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1653 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr