Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR

Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLARAzərbaycanda uşağın doğulmasına görə birdəfəlik müavinətin gələn ildən 600 manatdan 1500 manata qaldırılması təklif edilir. Bu barədə məlumat 2027-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.

Müavinətin 900 manat qaldırılması demoqrafik vəziyyətə və ailələrin sosial rifahına nə dərəcədə təsir edə bilər? Bu artım doğum səviyyəsinin yüksəlməsinə stimul olacaqmı?

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, edilən təklif bu istiqamətdə müsbət addımdır:

"Lakin artımın ailələrin sosial rifahına və ölkədə demoqrafik vəziyyətə ciddi təsir göstərəcəyini gözləmək real olmaz. Çünki bu gün Azərbaycanda ailələrin üzləşdiyi əsas problemlərdən biri uşağın dünyaya gəlməsi ilə bağlı xərclərin və ümumilikdə yaşayış dəyərinin yüksək olmasıdır. Uşaq dünyaya gələndə ailənin xərcləri doğuşla bitmir. Hamiləlik dövründə tibbi müayinələr, doğuş xərcləri, dərman preparatları, uşağın ilkin geyim və ləvazimatları, uşaq arabası, beşik, qidalanma vasitələri, bezlər, gigiyena məhsulları ciddi maliyyə yükü yaradır. Özəl tibb müəssisələrində xidmətlərdən istifadə edən ailələr üçün bu xərclər daha da artır. Sonrakı mərhələdə isə uşaq qidası, geyim, dərman, tibbi müayinələr və digər gündəlik ehtiyaclar ailənin büdcəsində daimi xərc maddəsinə çevrilir. Qiymət artımını da nəzərə almalıyıq. Ərzaq, dərman, gigiyena vasitələri, geyim və xidmətlərin bahalaşması ailələrin alıcılıq qabiliyyətinə birbaşa təsir edir. Dövlət Statistika Komitəsinin məlumatlarında da istehlak qiymətlərində, xüsusilə ərzaq məhsullarında artım müşahidə olunur. Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə təhlillərində ərzaq qiymətlərinin ümumi inflyasiyaya ciddi təsir göstərdiyi ayrıca vurğulanır. Belə şəraitdə birdəfəlik müavinətin nominal artırılması ailənin real xərclərinin eyni səviyyədə azalması demək deyil".

İqtisadçı bildirib ki, 1500 manat uşağın doğulması zamanı yaranan ilkin xərclərin müəyyən hissəsini qarşılamağa kömək edə bilər:

"Ancaq bu məbləğ ailənin sonrakı aylarda üzləşəcəyi maliyyə yükünü aradan qaldırmır. Uşağın dünyaya gəlməsi ailə üçün birdəfəlik xərc deyil, uzunmüddətli sosial və iqtisadi məsuliyyətdir. Demoqrafik siyasətə gəldikdə isə doğum müavinətinin artırılması təkbaşına doğum səviyyəsini yüksəltmək üçün kifayət etməyəcək. Ailələr daha çox uşağa sahib olmaq barədə qərar verərkən yalnız doğuş zamanı alacaqları müavinəti düşünmürlər. Onlar gələcək gəlirlərini, mənzil şəraitini, iş təminatını, uşaq bağçasına çıxış imkanlarını, təhsil və səhiyyə xərclərini də nəzərə alırlar. Gənc ailənin sabit gəliri, əlçatan mənzil imkanı və sosial təminatı yoxdursa, birdəfəlik ödəniş onun uzunmüddətli qərarına ciddi təsir göstərməyəcək.

Dövlətin sosial siyasəti uşağın doğulduğu gün verilən ödənişlə məhdudlaşmamalıdır. Uşağa qulluğa görə aylıq müavinətlərin artırılması, məktəbəqədər təhsilin əlçatanlığının təmin edilməsi, uşaq bağçalarının sayının artırılması, aztəminatlı ailələrə ünvanlı dəstəyin genişləndirilməsi, işləyən valideynlər üçün çevik iş imkanlarının yaradılması daha davamlı nəticə verə bilər. Xüsusilə çoxuşaqlı və aşağı gəlirli ailələr üçün fərqli sosial dəstək mexanizmləri tətbiq edilməlidir".

A.İbrahimov qeyd edib ki, sosial müavinətlərin artırılması qiymətlərin bahalaşması ilə paralel aparılmalıdır:

"Əgər ailənin aldığı əlavə vəsait bazarda qiymət artımı nəticəsində qısa müddətdə öz alıcılıq qabiliyyətini itirirsə, bu dəstəyin real sosial effekti zəifləyir. Sosial siyasətin nəticəsi ayrılan vəsaitin nominal həcmi ilə deyil, həmin vəsaitin ailənin həyat şəraitinə real təsiri ilə ölçülməlidir. Azərbaycanda demoqrafik siyasətə daha sistemli yanaşılmalıdır. Uşağın doğulmasına görə müavinət artırılmalı, eyni zamanda uşağın böyüdülməsi və ailənin sosial rifahının qorunması üçün uzunmüddətli dəstək mexanizmləri formalaşdırılmalıdır. Əks halda, 1500 manatlıq ödəniş müsbət sosial yardım olaraq qalacaq, lakin ölkədə doğum səviyyəsinin yüksəldilməsinə və ailələrin iqtisadi vəziyyətinin əsaslı yaxşılaşdırılmasına yetərli təsir göstərməyəcək. Ailələrə uşağın dünyaya gəldiyi gün dəstək vermək çox vacibdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 114   Tarix: 08 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

AQP: Kommersiya obyektlərinin icarə indeksi oktyabrda 7 %-ə yaxın artıb

Bu ilin oktyabr ayında kommersiya obyektlərinin icarə indeksi 6,7 % artıb. Azərbaycan Qiymətləndiricilər Palatasından (AQP) "Report"a verilən məlumata görə, kommersiya daşınmaz əmlakının satış bazarında ciddi qiymət dəyişikliyi baş verməyib. Oktyabrda median satış qiyməti 2 869,6 manat/kvadratmetr

7 noyabr
.

Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,

7 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

FHN-də Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyində (FHN) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Bu barədə "Report"a FHN-dən məlumat verilib. Bildirilib ki, tədbirdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları, Vətən müharibəsi veteranları iştira

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Mənzillərdəki kompüter, notbuk, planşetlər qeydiyyata alınacaq

Ev təsərrüfatlarının uçotu zamanı mənzillərdəki kompüter və digər elektron cihazların sayı, eləcə də internetə çıxış imkanları barədə məlumatlar toplanacaq. -a istinadla xəbər verir ki, ev təsərrüfatında kompüter, notbuk və ya planşet varsa, onların növü və sayı qeyd ediləcək. Həmçinin internetə çıxışı

8 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı - Foto

Noyabrın 6-da Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin təşəbbüsü və Sevilya Şəhər Şurasının dəstəyi ilə İspaniyanın Sevilya şəhərində möhtəşəm aksiya keçirilib. xəbər verir ki, Azərbaycan xalqı üçün ən əziz və qürurverici tarixlərdən biri olan 8 Noyabr - Zəfər Gününə həsr olunmu

7 noyabr
.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr