TIR-ların yolu bağlamasına görə vəzifəli şəxslər cəzalandırılıb? - Dövlət Xidmətindən AÇIQLAMA + YENİLƏNİB
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) İdarə Heyətinin sədri Anar Rzayevə xəbərdarlıq verilməsi və şöbə müdiri Malik Lətif oğlu Əliyevin vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DANX-dan Oxu.Az-a verilən açıqlamada bildirilib ki, bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Heç kim işdən çıxarılmayıb və xəbərdarlıq da almayıb".
12:48
Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb. Yaxın saatlarda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin olayla bağlı rəsmi açıqlaması olacaq.
Əldə etdiyimiz digər məlumata görə, Rəşad Nəbiyev baş verən hadisəyə görə AYNA-nın sədri Anar Rzayevə xəbərdarlıq edib, qurumun daşımaların tənzimlənməsi şöbəsinin müdiri Malik Lətif oğlu Əliyevi isə vəzifəsindən uzaqlaşdırıb.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya bildirilib ki, yaxın saatlarda baş verən hadisə ilə bağlı açıqlama veriləcək.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü