Bakıda bu ərazilərdə iki yeni metrostansiya tikiləcək - RƏSMİ
"Bakıda Badamdar və Bibiheybət ərazilərində yeni metro stansiyaların açılması gələcək planlarda nəzərdə tutulub".
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, "İçərişəhər"dən sonra dörd stansiyanın inşaası nəzərdə tutulub: "Onların arasında Badamdar da var. Sarı xətt üçün isə Binəqədidən başlayaraq 11 stansiya olacaq və sonu isə Bibiheybət olacaq. Bunların reallaşması uzaq planlar üçün nəzərdə tutulub. İndidən konkret tarix demək mümkün deyil.
Hələlik bu iki stansiyanın inkişafı və layihələndirməsindən söhbət getmir. hazırda vacib məsələ şəhərin mərkəzindəki xətlərin ayrılmasıdır. Bakının 2008-2011-ci illərdə hazırlanan inkişaf istiqamətlərində Binəqədi, Yeni Yasamal, Qaraçuxur və Razin də nəzərdə tutulub.
Bir məsələni qeyd edim ki, Xocəsən metro stansiyasından Sədərək ticarət mərkəzinə heç bir metro xətti olmayacaq"./baku.ws
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 4815 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr