Qadın rəsmidən kişilərə tövsiyə: "Qadınlarınıza qarşı fiziki tənbeh metodundan istifadə edin"
Malayziya Baş nazirin qadın məsələləri üzrə müavini məişət zorakılığına haqq qazandırmaqda ittiham olunur.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, Zayla Moxd Yusoff adlı nazir müavini ölkənin kişi nümayəndələrinə səslənərək həyat yoldaşlarının onların sözlərinə tabe olmadığı halda onları cəzalandırmağı tövsiyə edib.
Qadın məmur bu barədə özünün "Analara nəsihət" adlı "Instaqram" səhifəsində paylaşdığı yazıda qeyd edib.
"İnadkar arvadlarınızı danışaraq tənbeh edin, bu kömək etməsə onlardan üç gün ayrı yatın. Lakin əgər arvad ayrı yatdıqdan sonra yenə də verilən məsləhətə əməl etməkdən və davranışını dəyişməkdən imtina edərlərsə öz ciddiliyinizi və tələbkarlığınızı nümayiş etdirməkdən ötrü ona qarşı yüngül fiziki tənbeh metodundan istifadə edə bilərsiniz", - Zayla Moxd Yusoff yazıb.
Rəsmi şəxsin bu tövsiyəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Qadın hüquqlarını müdafiə edən birliklər naziri müavininin dərhal vəzifəsindən istefa verməsini tələb edib.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu şəxslərə 200 manat veriləcək
65 yaş tamam olur, amma pensiya verilmir? - ƏSAS ŞƏRTLƏR BUNLARDIR
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
Noyabrın pensiyaları BU TARİXDƏ ÖDƏNİLƏCƏK
PENSİYA VƏ SOSİAL MÜAVİNƏTLƏR NEÇƏ FAİZ ARTACAQ? - Gözləntilər AÇIQLANDI
Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
ASAN Xidmət bu tarixlərdə işləməyəcək
Bu ərazilərə QAR yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ EDİLDİ
Ərdoğanın Azərbaycan səfəri başa çatdı - Fotolar
Jurnalist Elnur Şükürov həbs edildi
Qızıl almaq istəyənlərin nəzərinə
İranın cənubunda üç şəhərdə partlayışlar baş verib - Video
"WhatsApp"da yenilik: profillər BELƏ GÖRÜNƏCƏK - FOTO
Azərbaycanda ailələrə MÜJDƏ: Ödəniş 2,5 dəfə artırılır - VACİB MƏQAMLAR
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü