Xarici səyyahlar Kəlbəcər və Laçında olublar
Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edən bir qrup əcnəbi səyyah bu günün birinci yarısında Kəlbəcər və Laçında olublar.
"Report" xəbər verir ki, Toğana kəndindən başlayan səyahətin iştirakçıları Ömər aşırımından keçərək Kəlbəcərə gediblər. Yolboyu qrup üzvləri ermənilərin 30 il davam edən işğal dövrü ilə yanaşı, 44 günlük müharibədən sonra Azərbaycan ərazisini tərk etməzdən əvvəl də törətdikləri dağıntılara şahid olublar.
Belə ki, 2020-ci ilin noyabr ayında Kəlbəcər rayonundan çıxarkən azərbaycanlılara heç nə qalmasın deyə evləri, məktəbləri yandırıb, meşələri qırıblar.
Hazırda Laçında olan qrup buradakı vəziyyətlə tanış olduqdan sonra Laçın dəhlizi ilə yola davam edəcəklər.
Xatırladaq ki, azad edilən torpaqlarımıza səfər çərçivəsində səyyahlar dünən Şuşada olublar.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 940 Tarix: 17 fevral 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto
Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa
9 noyabrMətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib
Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml
8 noyabrİmişlidə ağır qəza - 2 nəfər öldü+Yenilənib
İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın ərazisində qeydə alınıb. Belə ki, ilkin məlumata görə, "Kia" markalı minik avtomobili yük maşınına çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanı
9 noyabr